24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Ağalar İdrisoğlu: Unudulmaz teatr təşkilatçısı,sənət fədaisi

2 il əvvəl 1074 01

REDAKSİYADAN
Əlli ildən çoxdur ki, ədəbiyyat, incəsənət sahəsində çalışan, tanınmış yazıçı, rejissor, dramaturq, jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İDRİSOĞLU  “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar və teatr direktorları” adlı kitab üzərində işləyir. İnanırıq ki, bu kitab müəllif tərəfindən  Milli Teatrımızın 150 illiyinə çox maraqlı və layiqli bir töhfə olacaq.  Bu sayımızdan başlayaraq həmin kitabdan maraqlı yazıları çoxminli oxucularımızın ixtiyarına veririk.

1973-cü ildən fəaliyyət göstərən Nəcəf  bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının keçdiyi yol,  bütöv  bir sənətkar nəslinin yetişdiyi böyük tarix, sənət salnaməsi deməkdir. Lənkəran Dövlət Dram Teatrının yaradıcısı, 1973-1981-ci illərdə bu sənət ocağına rəhbərlik etmiş Məbud İbrahim oğlu İsmayılzadənin həmin salnamədə xüsusi yeri  və  böyük xidmətləri  var.
Tanınmış mədəniyyət işçisi, istedadlı teatr rejissoru, böyük teatr təşkilatçısı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə 1924-cü ilin mart yaının 24-də Zərdab rayonunda dünyaya gəlib. Çox çətin, ağır, məşəqqətli uşaqlıq illəri olub. Teatr sənətinə, ədəbiyyata həvəs onda çox erkən yaşlarında  formalaşıb. Bütün mənalı ömrünü Azərbaycan incəsənətinə, mədəniyyətinə həsr etmiş Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı  yaşında həmin vaxtlar  Zərdabda fəaliyyət  göstərən  Dövlət  Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan  Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı  Evinin direktoru təyin olunub. 24 yaşlı cavanı belə böyük təşkilata rəhbər təyin edənlər  heç də yanılmayıblar. Çünki mədəniyyətin ən aparıcı sahələrindən biri olan bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim  “Çinar”, “Şur”  kimi məşhur kollektivlərin, 30-dan çox  Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. O, respublikada ilk teatrlaşdırılmış kütləvi bayramların əsasını qoyub.  1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış  “Xalq yaradıcılığı bayramı”nın, 1955-ci ildə keçirilən Respublika bədii  özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü” çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz Məbud  İsmayılzadə olmuşdu. Eləcə də böyük dövlər xadimi   Şıxəli Qurbanovun  təşəbbüsü və təşkilatçılığı ilə ilk dəfə dövlət səviyyəsində 1967-ci ildə  rəsmi keçirilən Novruz  bayramının, 1970-ci  illərin məhsul bayramlarının və sonrakı  Novruz bayramı şənliklərinin də əsas təşkilatçılarından biri məhz Məbud İsmayılzadə olmuşdu. 1982-ci ildə  Şuşada Vaqif poeziya günlərinin ssenari müəllifi və qurluşçu rejissoru da  məhz  Məbud İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı.
1960-cı illərdən bədnam qonşularımız  ermənilər  bizim “Sarı gəlin” mahnısını öz adlarına  çıxıb, erməni dilində  ifa edirdilər. Həmin vaxtı Məbud İsmayılzadə Azərbaycan Mərkəzi Komitəsi səviyyəsində məsələ qaldırıb ki, “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır. O, bunu lazım olan sənədlərlə sübut edib. Və həmin vaxtdan bu mahnı azərbaycanlı müğənnilər tərəfindən ifa olunub.1990-cı ilin əvvəllərində ermənilər dünyaya car çəkdilər ki, guya “Sarı gəlin” onların mahnısıdır və biz azərbaycanlılar bu mahnısı onlardan oğurlamışıq. Bu vaxtı yenə də Məbud İsmayılzadə əlindəki  tutarlı sənədləri Azərbaycan Mədəniyyət naziri Polad Bülbüloğluna təqdim etdi. Məhz bu tutarlı sənədlərlə Mədəniyyət Nazirliyi dünya xalqlarına sübut elədilər ki, ermənilər yalan deyir. Bu mahnı “Sarı gəlin” Azərbaycan xalq mahnısıdır.
Məbud İsmayılzadə  Respublika Xalq Yaradıcılığına rəhbərlik etdiyi 20 il müddətində  Azərbaycan ədəbiyyat, incəsənət işçiləri üçün də çox böyük işlər görmüşdü. Həmin vaxtı rejissorlar, bəstəkarlar və başqa sənət adamları çox çətin dolanırdılar. O, rejissorları məcbur edirdi ki, nəsr əsərlərini səhnələşdirib və ya özləri də pyeslər yazıb, Xalq Yaradıcılığı Evinə versinlər. Bu əsərlərə görə onlara lazım olan qədər qonarar verilirdi. Eləcə də bəstəkarlar öz əsərlərini bu təşkilata    satmaqla  yaxşı qonarar alırdılar. Dramaturqlar da öz pyeslərini bu təşkilata satmaqla yüksək səviyyədə qonarar alırdılar.
Həmin vaxtı məşhur bəstəkar, dünya şöhrətli “Cücələrim” mahnısının müəllifi Qənbər Hüseynli bəzi bədxah adamların ucbatından həbs olunmuşdu. O, həbsdən azad olunandan sonra heç yerdə işə götürmürdülər. Məbud İsmayılzadə heç bir təpkiyə baxmayaraq Qənbər Hüseynlini işə götürüb, rayon  Xalq  Yaradıcılığı Evinin rəhbəri təyin elədi. Bax, bu yüksək kişilik əməllərinə, keyfiyyətinə  görə bəzi bədxah adamlar onun haqqında danoslar yazdılar. Azərbaycan mədəniyyətinə düşmənçilik elədilər.  Məhz buna görə  hansısa bədxahlar Məbud  İsmayılzadəyə keçmiş ittifaq səviyyəli bu maraqlı işilərini davam etdirməyə imkan vermədilər.  Həmin haqsızlıqlara görən  Məbud müəllim öz ərizəsi ilə işdən çıxdı. Sonra 1972-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət  Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışdı.
1973-cü ildə Lənkəranda yeni Dövlət Dram Teatrının açılması və bu teatra kimin rəhbər təyin olunması haqqında məsələ qalxanda, Mədəniyyət Nazirliyinin rəhbərliyi Məbud İsmayılzadənin adı üzərində dayandı. Çünki uzun illər aparıcı rəhbər vəzifədə işləmiş və özünün də sənəti rejissorluq olan Məbud müəllimdən yaxşı kadr fikirləşib tapmaq olmazdı. Yeni yaranan teatrı yaşatmaq və respublikada tanıtmağı yalnız onun kimi böyük təcrübəsi olan rəhbər bacarardı.
Beləliklə, 1973-cü ildə Məbud  İsmayılzadə teatrın ilk bədii rəhbəri və direktoru oldu. Bununla da onun həyatının ikinci və daha maraqlı dövrü başladı. Teatrın ilk tamaşalarından olan Nazim Hikmətin  “Bayramın birinci günü”  səhnə əsərinə özü maraqlı  quruluş verdi. Əlbəttə, yeni yaranan teatrın qayğıları da həddindən artıq çox idi. İlk növbədə, teatr üçün ayrılmış mədəniyyət evi binasını peşəkar teatr məkanına uyğunlaşdırmaq lazım idi. Buna görə böyük vəsait, texnika, lazım olan materialları tapıb gətirmək xüsusi təşkilatçılıq tələb edirdi. Ali məktəbi bitirən bir qrup gənc mütəxəssisin Lənkəran teatrına işləməyə gəlməsi həm sevindirici idi, həm də böyük məsuliyyət tələb edirdi. Onların mənzillə təmin olunması, sosial problemlərinin həlli və sairə  lazım idi. Bütün bu çətinliklər də məhz onun üzərinə düşürdü. Məbud müəllim həmin vaxt Lənkəran rayonunun  partiya komitəsinin birinci katibi işləmiş, teatr sənətinə, mədəniyyətə böyük marağı olan İsa Məmmədovun və respublikanın mədəniyyət naziri, dəyərli ziyalı Zakir Bağırovun yaxından köməkliyi sayəsində bu məsələlərin hamısını həll etdi. Aktyorlar hamısı mənzillə təmin olundular. Lənkəranda həmin vaxt peşəkar  teatrın açılması  Cənub bölgəsi üçün çox böyük bayram və tarixi hadisə idi. Bu teatrın bütün tamaşaları təkcə Lənkəranda yox, bütövlükdə  Cənub bölgəsində və eləcə də Azərbaycanın başqa yerlərində həmişə anşlaqla keçirdi. Hətta Lənkəranda hər bir kənd və təşkilat üçün ayrıca gün ayrılmışdı ki, onlar hansı günlər tamaşalara gələ bilərlər. Həmin günlər insanlar böyük bayrama gələn kimi, gül dəstələri ilə tamaşalara gəlirdilər.
Desəm ki, həmin vaxtlar Cənub bölgəsi teatr sahəsində intibah dövrünü yaşayırdı, yəqin ki, yanılmaram. Çünki mən özüm həmin vaxtlar bu teatrın tamaşalarına baxanda, bu bayramın şahidi olmuşam. Bütün bunların da əsas təşkilatçısı, əsas aparıcı rəhbəri məhz Məbud müəllim idi. Ona görə də belə bir deyim var ki, teatrın ən böyük uğuru ilk növbədə ona rəhbərlik edən şəxsiyyətdən asılı olur. Yəni teatr rəhbəri ilk növbədə yüksək təşkilatçı və böyük  şəxsiyyət olmalıdır.
Məbud müəllim Bakıda işini, vəzifəsini qoyub əyalətə, bu teatra rəhbərlik etməyə gedəndə də onu yalnız bir şey maraqlandırırdı. Teatrı respublikada və ondan kənarlarda tanıtmaq. Həmin vaxtlar bizim onunla bu haqda bir neçə dəfə söhbətimiz də olmuşdu. Mən onun təmkininə, hər sözünü  ölçüb-biçib danışmasına, ağıllı məsləhətlər verməsinə heyran olmuşdum. O, teatra rəhbərlik etdiyi səkkiz ildə də bu böyük işi çox uğurla görə  bildi. Həmin səkkiz ildə artıq  Lənkəran  Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri oldu. Təkcə Azərbaycan yox, dünya klassiklərinin və müasirlərinin ən maraqlı əsərləri bu teatrın repertuarını bəzədi. Çox görkəmli aktyorlar, aktrisalar, rejissorlar bu teatrda yetişdi. Eləcə də Azərbaycanın tanınmış rejissorları bu teatrın səhnəsində maraqlı tamaşalar hazırladılar. Hətta həmin bölgədən olan ziyalılar bu teatrın premyeralarına baxmaq üçün Bakıdan Lənkərana gedirdilər. Həmin vaxtlar teatr haqqında tez-tez respublika qəzetlərində yazılır və Azərbaycan televiziyasında maraqlı verilişlər göstərilirdi. Mənim müəllimim, SSRİ Xalq artisti, Sənətşünaslıq doktoru, professor, Azərbaycanda özünün teatr  məktəbini yaratmış Mehdi Məmmədov, 1978-ci ildə Lənkəran teatrının tamaşalarına baxandan sonra belə yazmışdı: “ Lənkəran Dövlət Dram Teatrı yaşca balaca olsa da, repertuar səviyyəsinə görə daha dolğun, daha mənalıdır. Sözün əsl mənasında bu teatra qibtə edirəm. Bütün akademik teatrlar bu teatrdan öyrənməlidir”. Azərbaycan teatrının görkəmli şəxsiyyətlərindən olan Mehdi Məmmədovun 1978-ci ildə  dediyi bu sözlər Məbud İsmayılzadənin  əməyinə verilən ən yaxşı qiymət idi.
Gördüyü bu uğurlu işlərə görə Məbud müəllimi dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçmişdilər. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmiş, 1979-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.
O vaxtlar Məbud müəllimin  özünün  yaxşı işinə, təşkilatçılığına və böyük ziyalılığına  görə  Azərbaycanın  Cənub bölgəsindəki ziyalılar, tanınmış insanlar, rəhbər vəzifəli işçilər arasında çox böyük hörməti vardı. İmkanlı adamlar, kolxoz, sovxoz direktorları, təşkilat rəhbərləri Məbud İsmayılzadəyə  olan böyük hörmətlərinə və onun xahişinə görə teatr işçilərinə maddi cəhətdən də çox köməklik edirdilər. Belə ki, həmin vaxtı əmək haqqı  az olan bütün aktyorlar, aktrisalar həmin təşəkilatlar tərəfindən işə götürülürdü və onlara əlavə əmək haqqı verilirdi ki, güzəranları yaxşı olsun.
Beləliklə, Məbud İbrahim oğlu İsmayılzadə Lənkəran Dövlət Dram Teatrı üçün səkkiz ildə səksən illik iş gördü. Artıq bu illərdə teatr Azərbaycan teatr aləmində özünün layiqli yerini tapdı. Və sübut etdi ki, yaşamağa və bundan sonra da peşəkar fəaliyyət göstərməyə layiqdir.
Teatrdakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edildi. Məbud müəllim uzun illər buranın həm bədii rəhbəri və həm də rejissoru kimi çoxlu işlər gördü. Bir-birindən maraqlı teatrlaşdırılmış konsert tamaşaları hazırladı. Bu tamaşa-konsertlərlə təkcə respublikamızda yox, həm də Sovetlər Birliyində və xarici ölkələrdə çoxlu maraqlı çıxışlar elədi. Həmin konsertlər haqqında da maraqlı yazılar çap olundu və Azərbaycan Dövlət Televiziyasında verilişlər verildi. Məbud İsmayılzadənin həm bədii rəhbər və həm də rejissor kimi işi layiqincə qeyd olundu. O, burada da çoxlu müğənnilərin, musiqiçilərin yetişməsində böyük əmək sərf elədi.
Məbud İsmayılzadə həmişə cavanlara çox inanırdı və çalışırdı ki, onlar  özlərinə inansın və öz işlərinə maraqla yanaşsınlar. Belə bir maraqlı hadisə mənimlə də olmuşdu. O, Lənkəranda işlədiyi vaxtlar mən Sumqayıt Dövlət Dram Teatrında aktyor  və Sumqayıt şəhərində yaratdığım “Ümid” Teatr-Studiyasının rəhbəri idim. Özüm əslən Masallıdan olduğuma görə rayona gedəndə Lənkəran Dövlət Dram Teatrında işləyən tələbə  dostlarıma gedib baş çəkir və onların oynadığı tamaşalara baxırdım. Məbud müəlliimlə də tanışlığımız həmin vaxtdan yaranmışdı. O, Bakıda Azərbaycan Konsert Birliyinin bədii rəhbəri olanda dəflərlə görüşmüdük. Mənə təşkilatı işləri  qurmaqda çoxlu məsləhətlər də verirdi. Həm də istəyirdi ki, mən Azərbaycan Konsert Birliyində müğənnilərlə teatrlaşdırılmış tamaşalar hazırlayım. Çünki mən həmin vaxtı artıq Moskvda A. V. Lunaçarski  adına Dövlət Teatr Sənəti İnstitutunda  musiqili teatrar rejissorluğu fakültəsində qiyabi təhsil alırdım. Amma Sumqayıtda işim çox olduğundan buna razılıq vermirdim. Bir dəfə Məbud müəllimlə görüşəndə belə dedi:
-Rəşid müəllim Mahnı Teatrının açılışı üçün bizdən  ssenari və  rejissor istəyir. Yaxşı ki, sən gəlibsən. Get teatrın açılışını hazırla. Elə ssenarini də özün yazarsan. Məbud müəllim mənim yazıçılıq, ssenari yazmaq qabiliyyətimin olduğunu bilrdi. Çünki hələ Lənkəranda işlədiyi vaxt  onun haqqında “Əsl teatr direktoru” adlı sənədli hekayə yazmışdım və xoşuna gəlmişdi. Onu da vurğulayım ki, bizim Məbud İsmayılzadə ilə isti münasibətimiz  o, haqq dünyasına qovuşana qədər davam elədi.
O, Rəşid müəllimə zəng vurub dedi ki, “Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində oxuyan Ağalar adlı bir cavan oğlan var. Siz də bizdən rejissor istəmişdiniz. Göndərim gəlsin yanınıza söhbət edin. İnanıram fikirləri xoşunuza gələcək”.
Rəşid müəllim də dedi ki, qoy gəlsin söhbət eləyək.
Əlbəttə, Rəşid Behbudov kimi, dahi şəxsiyyətlə işləməyi hamı arzu edirdi. Bu da mənim üşün bir şans idi düşmüşdü. Çox sevindim. Azərbaycan Dövlət Konsert Birliyindən çıxıb, təcili Mahnı Teatrına gəldim. Orada hələ də təmir işləri gedirdi. Bu işlər də çox uzanırdı...
... Yol boyu Mahnı Teatrına gələndə fikirləşirdim ki, doğrudanmı mən  dahi müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovla tamaşa işləyə bilərəm? Beləliklə, teatra  gəldim. Rəşid müəllim foyedə idi. Binanın təmir işlərinin gedişinə baxırdı və öz təkliflərini verirdi. Mən növbətçiyə kim olduğumu dedim və o da gəlib dedi ki, Rəşid müəllim sizi gözləyir. Biz elə foyedə onunla görüşdük. Məni çox mehriban qarşıladı. Çox həyəcanlı idim. Çünki ilk dəfə idi ki, onunla belə yaxından tanış olurdum. Məni kabinetinə dəvət elədi. İlk sözü belə oldu.
-Moskvada təhsil alırsan?
-Bəli.
-Azərbaycanlısan?
-Bəli, Rəşid müəllim.
O, gülümsündü.
- Fikirləşdim ki, yəhudisən. Çünki azərbaycanlıların çoxu belə yüksək səviyyəli ali məktəbdə oxumaqdansa ticarət sahəsində təhsil almağı xoşlayırlar. Dövlət Teatr Sənəti İnstitutunu bu vaxta qədər neçə nəfər bitirib?
-Cəmi doqquz  nəfər. Mən onuncuyam.
-İndi sən teatrın açılışına bizimlə nə hazırlamaq istəyərdin?
Artıq mən yolboyu nə hazırlayacağımı fikirləşmişdim. Dedim:
-Rəşid müəllim səhnədə bir fayton olacaq. Düzdür  sizin səhnənin kruqu yoxdur. Bu kruqu şariklər üzərində düzəltmək  olar. Kruq fırlandıqca səhnədəki ayrı-ayrı ölklərin atrubutlarının  yanında dayanır və siz də həmin ölkənin mahnısını ifa edirsiniz. Özü də siz manhıları ifa etdiyiniz vaxt həmin ölkələrin rəqsələr də olacaq. Hətta cavan müğənnilər də yeri gələndə həmin mahnıdan bəzi sözləri oxuyacaqlar. İdeya da belədir. Dahi müğənni Rəşid Behbudov öz mahnıları ilə dünyanı fəth edir.
-Maraqlıdr. Bəs ssenarini kim yazacaq?
-Əgər icazə versəniz ssenarini də özüm yazaram.
-Bu sahədə səriştən var?
-Bəli bir neçə pyesin, ondan çox ssenarinin, iyirmidən çox hekayənin və əllidən çox məqalənin müəllifiyəm.
-Yox, deyəsən sən həqiqətən də yəhudisən,- deyə o, özünəməxsus güldü. Neçə yaşın var?
-Otuz iki.
-Məndən sənə vəsiyyət. Bu işlərdən möhkəm yapış. Bizdə cavanların çoxu təmbəldir. Mən var qüvvəmi sərf edirəm ki, onları peşəkar müğənni kimi yetişdirim. Doğrudur, bəziləri məndən inciyir. Amma sonra görürlər ki,  düz deyirəm. Axı mən Rəşid Behbudov kimi  elə-belə, asan yolla yetişməmişəm.
Beləliklə, biz onunla razılaşdıq ki, iki gündən sonra tamaşanın rejissor palnını gətirim. Rejissor planını gətirdim. Oxudu. Əsasən xoşuna gəldi və çoxlu maraqlı təkliflər verdi. Onun böyük təfəkkürünə, rejissorluq bacarığına heyran oldum. Bir həftədən sonra tam işlənmiş rejissor palnını və ssenarini gətirdim. Xoşuna gəldi. Amma məşqlərə başlamaq olmurdu. Çünki təmir işləri çox uzanırdı. İki aydan sonra mən Moskvaya sessiyaya getdim. Həmin vaxtı təmir işlərinin çoxu artıq tamamlanmışdı. Mən də Moskvada sessiyada olduğuma görə və dərslərimiz  iki ay davam etdiyindən  Rəşid müəllim Moskvadan rejissor dəvət elədi.
O, mənim əsas fikrimi saxlamaqla və özü də çoxlu, maraqlı fikirlər əlavə etməklə,  maraqlı bir tamaşa hazırlamışdı.
... Yuxarıda yazdığım kimi  fəxri təqaüdə çıxan Məbud İsmayılzadə teatr aləmindən ayrılmadı və Nazim Hikmətin 100 illik yubileyi ərəfəsində Şuşa Dövlət Musiqili-Dram Teatrında dramaturqun  “Bayramın birinci günü”  tamaşasına çox maraqlı quruluş verdi. Kollektiv onun bu maraqlı işindən çox razı qaldı. Məbud müəllim həmin teatrda yeni tamaşalar hazırlamağı planlaşdırırdı. Əfsus ki, amansız əcəl buna imkan vermədi.
Məbud İbrahim oğlu İsmayılzadə  2004-cü il sentyabr ayının  17-də Haqqın dərgahına qovuşdu. Haqq dünyasına köçdü. Əfsus ki, indi belə kişlər çox azdır...
Cəmi 8 il Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edən Məbud İsmayılzadə bu gün də həmin bölgədə və ümumiyyətlə, Azərbaycan teatr tarixində,  incəsənətində çox yüksək təşkilatçı teatr rəhbərlərindən biri kimi xatırlanır. Belə xatırlanan və yad edilən teatr rəhbərləri isə əfsus ki, çox azdır. Çünki teatr cəmiyyətin kiçildilmiş modeli deməkdir. Bu modelə rəhbərlik etmək çətin və çox  məsul işdir. Bu işi də hər rəhbər bacarmır.
Vaxtilə böyük fransız yazıçısı, filosofu, tənqidçi  və maarifçisi, “Qeyri- qanuni oğul”, “Ailənin atası” kimi maraqlı pyeslərin müəllifi Deni Didro cəmi 16 ay teatra rəhbərlik etdikdən  və işdən çıxandan  sonra  belə  deyib: “Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi gücləndirmək və əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı gücləndirmək kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbrlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca  aparmaq və ölkə rəhbəri də olmaq  olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, bu daha doğru  olar”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi,
yazıçı-rejissor

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com