Bakı Dövlət Universitetinin (BDU) “Tələbə evi”nin ərazisində “Heydər Əliyev İli” çərçivəsində Yasamal rayon İcra Hakimiyyəti, BDU və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə növbəti agacəkmə aksiyası keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, BDU rektoru Elçin Babayev, Milli Məclisin üzvü Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, yerli idarə və təşkilat təmsilçiləri, Yasamal bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Eldar şamı, sərv, tuya, akasiya və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılıb, ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiya zamanı həmçinin ərazidə daha öncə əkilmiş ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək, ekoloji tarazlığın bərpasına nail olmaq, ətraf mühitin qorunmasına kömək etmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.