Masallı Dövlət Regional Kollecində “Narkomaniya və zərərli vərdişlərin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işinin təşkili qrupunun baş kapitanı Samid Əliyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, kollecin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin dövlətin əsas prioritet məsələlərindən biri olduğu, sağlam cəmiyyətin formalaşmasından ötrü narkomaniya ilə qabaqlayıcı tədbirlərin, bu yönümdə maarifləndirmə işlərinin, eləcə də ictimai qınaq mexanizminin vacibliyinindən, cəmiyyətdə “ağ ölüm” kimi tanınan bu dəhşətli bəlanın ağır fəsadlarından, narkomanlığa düçar olmuş şəxslərin törətdikləri cinayət tərkibli hadisələrdən danışılıb.
Maarifləndirmə tədbirində fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.