Beynəlxalq Türk Akademiyası ilə Qazaxıstanın Qorqud ata Dövlət Qızılorda Universiteti ortaq elmi araşdırma layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcək.
Əməkdaşlığa dair anlaşma memorandumu Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev və Qorqud ata Dövlət Qızılorda Universitetinin rektoru Beybitkül Kərimova tərəfindən imzalanıb.
Anlaşma memorandumu çərçivəsində Qızılorda əyaləti Cankent qəsəbəsində yerləşən arxeoloji abidədə birgə elmi tədqiqat işlərinin aparılması və bu prosesdə əldə edilən materialların elmi ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Tədbirdə Akademiyanın vitse-prezidenti Ashat Kesikbayev tədbir iştirakçılarını qurumun prezidenti, akademik Şahin Mustafayevin adından salamlayıb, universitet ilə icra ediləcək ortaq araşdırma layihələrinin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.