Bakı Dövlət Universitetinin (BDU) Kimya və Biologiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının (TGT) təşkilatçılığı ilə "Gənclər narkomaniyaya qarşı" mövzusunda maarifləndirici tədbir keçirilib. TGT-nin Kimya fakültəsi üzrə sədri Əli Qədirli müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edib, yeniyetmə və gənclər arasında “ağ ölüm”lə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.
Biologiya fakültəsinin TGT sədri Fatimə Atakişiyeva çıxışında gənclər arasında psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, narkotik maddələrin kimyəvi tərkibi, fəsadları, bununla əlaqədar hüquq pozuntularının profilaktikası haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığı, hazırda ciddi qlobal problemə çevrildiyi, bu vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdikləri nəzərə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.