25 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

COĞRAFIYA İNSTİTUTUNUN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA DAİR YENİ NƏŞRİ ÇAPDAN ÇIXIB

2 il əvvəl 622 01

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “İrəvan quberniyasının sosial-demoqrafik inkişafı və toponimikanın qorunması problemləri” adlı yeni nəşri dərc edilib.

Qarabağ və Şərqi Zəngəzurun azad edilməsinə həsr edilmiş dərginin nəşri 31 Mart – Azərbaycanlıların soyqırımı gününə təsadüf edib. Kitabın baş redaktoru İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktorları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Zaur İmrani və Şamil Əzizovdur.

Məqalələr toplusundan ibarət kitabda Azərbaycanın əzəli torpaqları olan İrəvan quberniyasında əhali sayının dəyişməsi, bu prosesdə onun milli tərkibində baş verən dəyişikliklər, Azərbaycan türklərinin əhali arasında sayının tədricən azalması, quberniyanın türk mənşəli toponimlərinin tədricən dəyişdirilməsi istiqamətləri təhlil olunur. Kitab əhali coğrafiyası, tarixi demoqrafiya və toponimika ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrlər) və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq və mövzunun aktuallığını, oxucu kütləsinin geniş marağını nəzərə alaraq kitabın sonuncu səhifəsini diqqətinizə çatdırırıq.

NƏTİCƏLƏR

Toponimiyanın inkişafı cəmiyyətin inkişaf dinamikası ilə sıx bağlıdır. Coğrafi adlar olmadan sivilizasiyanı, xalqlar və ölkələr arasındakı əlaqələri təsəvvür etmək olmaz. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində əsrlərlə mövcud olmuş türk-Azərbaycan mənşəli toponimlərin ermənilər tərəfindən dəyişdirilməsi cinayət və xalqımızın tarixinə zərbədir. Toponimik araşdırmalar sübut edir ki, indiki Ermənistan ərazisinin toponimiyası Azərbaycan toponimiyasının tərkib hissəsi olub və ümumtürk toponimiyasının bir hissəsini təşkil edir.

Son iki erməni-azərbaycanlı müharibəsi (1988-1993 və 2020-ci illər) haqqında çox danışıb-yazırlar, lakin biz unutmamalıyıq ki, iki respublikanın qarşıdurması keçən əsrin əvvəlindən, yəni yüz il əvvəl başlanmışdır. Bu müddət ərzində ermənilər öz əsas məqsədlərinə (azərbaycanlıları məhv etmək, qovmaq yolu ilə onların ərazilərini zəbt etmək) çatmaq üçün yeddi dəfə elan olunmayan müharibəyə başlamışdılar: 1) 1905-1906-cı illər; 2) 1914-1917-ci illər; 3) 1918-ci il; 4) 1919-cu ilin may-iyun ayları; 5) 1920-ci ilin sonu; 6)1988-1993-cü illər; 7) 2020-ci ilin sentyabr- noyabr ayları.

Qərbi Azərbaycan Rusiya imperiyasının həyata keçirtdiyi əhalinin xristianlaşdırılması siyasətinin nəticəsində Azərbaycan türklərinin XIX əsrin 1828-1832-ci illərində, 50-ci, 70-ci və 90-cı illərində, sonra XX əsrin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərində öz tarixi torpaqlarından 8 dəfə kütləvi deportasiyaları baş vermişdir. İki yüz il dövlət səviyyəsində aparılmış bu insanlığa zidd olan müstəmləkəçilik siyasətinin nəticəsində azərbaycanlıların hamısı Ermənistandan deportasiya olundu. Yalnız XX əsr ərzində iki milyon Azərbaycan türkü indiki Ermənistandan - Qərbi Azərbaycandan, tarixi-etnik torpaqlarından qovulmuşlar.

Ermənilərin Qafqaza köçürülməsi rus çarı I Pyotr tərəfindən XVIII əsin əvvəlindən başlamışdır. Bu məqsədlə rus çarı 10 noyabr 1724-cü il tarixli Ali sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edirdi.

I Pyotrun ermənilərlə əlaqədar siyasəti II Ekaterina, sonralar imperatorlar I Aleksandr və I Nikolay tərəfindən davam etdirilmişdir. 21 mart 1828-ci il tarixində I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının yerində yeni yaradılmış Erməni vilayətinin tərkibinə daxil olan 1111 kənddən yalnız 62-sində ermənilər yaşayırdı. Bunlardan isə yalnız 14 kəndin adı erməni mənşəli idi.

İndiki Ermənistan ərazisində XIX əsrin ortalarında mövcud olmuş 2310 yaşayış məntəqəsindən 1750-sinin adı zaman-zaman dəyişdirilmişdir. Son iki yüz il ərzində azərbaycanlıların yaşadığı minə yaxın kənd tamamilə dağıdılmış və iki milyon soydaşımız qətlə yetirilmişdir. XX əsrin 30-cu illərindən başlayaraq erməni millətçiləri Qərbi Azərbaycanda, işğal olunmuş ərazilərdə və xəritələrdə kütləvi şəkildə Azərbaycan-türk mənşəli coğrafi adların dəyişdirilməsinə və erməniləşdirilməsmə başladılar. Ümumilikdə, türk etimologiyasına aid 15 mindən çox coğrafi ad (toponimlər) “toponimik soyqırıma” məruz qaldı.

Rusiya imperiyasının layihəsi kimi yaradılan kvazidövlət Ermənistanda ermənilər azərbaycanlıların tarixi izlərini məhv etmək yolunu seçmiş və millətçilik, qatı şovinizm siyasətini müxtəlif kartoqrafik mənbələrə də (xəritə, atlas) köçürmüşlər. Onlar nəzərə almırlar ki, indiki Ermənistanda Azərbaycan xalqına məxsus yerli adları, toponimləri tarixi mənbələrdən, coğrafi xəritələrdən silib atmaq mümkün deyil. Məsələn, rus hərbi topoqraf-xəritəçilər tərəfindən tərtib və nəşr olunan “Qafqaz hərbi dairəsinin 1903-cü ilin hərbi-topoqrafik xəritəsi” olduqca zəngin informasiyaya (məzmuna) və Ermənistanın əsassız iddialarını ifşa etmək üçün çox böyük əhəmiyyətə malikdir. Onun əsasında nəşr olunmuş “Cənubi Qafqaz. 1903-cü il” xəritəsindən çıxarılmış oykonim, oronim və hidronimlərin siyahıları göstərmişdir ki, indiki Ermənistanın ərazisindəki coğrafi adların (toponimlərin) mütləq çoxluğu (80-90%-dən çoxu) Azərbaycan mənşəlidir. Digər kartoqrafik əsərdə - "Zaqafqaziya Federasiyasının siyasi-inzibati xəritəsi”ndə (Leninqrad, 1931) toponimlərin dil mənsubiyyətinə görə statistik paylanması (Azərbaycan-türk mənşəli adlar 78,0%, erməni mənşəli adlar 3,4%, digər mənşəli adlar 18,6%) müasir Ermənistan ərazisindəki coğrafi adların əksəriyyətinin Azərbaycan-türk mənşəli olduğunu bir daha təsdiq edir.

Azərbaycan xalqına qarşı təcavüzkar siyasət XVIII əsrin əvvəlindən fasiləsiz olaraq davam etməkdədir. Üç yüz il ərzində Azərbaycan xalqına qarşı sayı bilinməyən repressiyalar, deportasiyalar, soyqırımlar, maddi-mədəni-mənəvi irsimizə vandalizm münasibətinin təşkil olunmasına baxmayaraq, Azərbaycan xalqı mübarizə aparır, yaşadır-yaradır və daim inkişaf edir.

Vətən müharibəsində (2020-ci il) əldə olunmuş Zəfər Azərbaycan xalqının məqlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsindən sonra hamıya aydm oldu ki, erməni millətçi-şovinistlərinin həyata keçirmək istədiyi “miatsum” (“birləşdirmə” - Qafqazda yaşayan ermənilərin bir dövlətdə birləşdirilməsi) millətçi ideyası və “Böyük Ermənistan” xülyası heç vaxt gerçəkləşməyəcək.

10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı bu erməni miflərini tarixin zibilliyinə atdı.

Cü.f.d, dos. Ş.K.Əzizov

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com