Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Qırğızıstana rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Aynurə Əskərova ilə görüşüb.
Görüş çərçivəsində mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Akademik Şahin Mustafayev Aynurə Əskərovaya Heydər Əliyev Fondu və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq İpək Yolu Tarixi Sərgisi haqqında məlumat verib və Qırğızıstan tərəfini sərgidə iştiraka dəvət edib.
Aynurə Əsgərova səmimi dəvətə görə təşəkkür edib və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan 3 mədəni sərvəti nümunə kimi gətirərək digər türk dövlətləri ilə yanaşı, Qırğızıstanın da öz zəngin mədəni irsini tam şəkildə nümayiş etdirə biləcəyini diqqətə çatdırıb.
Nazir müavini Beynəlxalq Türk Akademiyası prezidentinə Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş birgə tədbirlərin təşkili imkanlarını nəzərdən keçirməyi təklif edib.
Akademiyanın prezidenti bu təklifin birgə işlənib hazırlanmasında maraqlı olduğunu bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.