Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Ağcabədi, Ağdam, Tərtər, Füzuli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi şəhərindəki abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub,
Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.