17 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Nəfəs və zərb alətləri" kafedrasının müəllimi Firuz Hüseynovun tələbələrinin rəngarəng konserti keçirildi.
Konsertdə BMA-nın tələbələri və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri - Azər Səfərzadə, Tofiq Şükürov, Səma Qanbayeva, Həsən Hüseynov, Pənah Murad, Tamerlan Baxşıyev, Ziya Hüseynov, İbrahim Ələsgərli, Kamil Hüseynzadə, Hidayət Sadıqbəyli, Aslan İslamov, Məryəm Akimova, Rüfət Məmmədov, Məhəmmədəli İbrahimov uğurla çıxış etdilər.
Bayram ab-havalı konsert gecəsində Fikrət Əmirovun "Min bir gecə" baletindən "Orgiya", “Gözün aydın” musiqili komediyasından “Rəqs”, Abram Lobkovskinin “Konsert pyesi”, Pyotr İliç Çaykovskinin “Qu gölü” baletindən “Rus rəqsi”, Aleksandr Sankonun "Skerso", Vladimir Şteymanın Zərb alətləri üçün pyes, Artur Polinskinin “İspan rəqsi”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Yaromir Vayenbergerin Timpani üçün konsert, “Gözün aydın” musiqili komediyasından “Rəqs”, Pol Dezmondun “Take five”, Duke Ellingtonun “Take the a Train” əsərləri dinləyicilərə təqdim olundu.
Bütün dinləyicilərin böyük marağına səbəb olan konsert gurultulu alqış sədaları altında başa çatdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.