Azərbaycan Memarlıq və İnşaat Universitetində Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının akademiki və Azərbaycan filialının prezidenti, Şöhrət ordenli, professor Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb. Universitetin Memarlıq fakültəsi və Azərbaycan-İtaliya Dizayn Mərkəzinin təşəbbüsü ilə gərcəkləşən sərgidə rəssamın yarıməsirlik zaman kəsimini əhatə edən yaradıcılıq fəaliyyəti əks olunub.
Rəssamın çoxsayılı sərgilərdən fərqli olaraq hazırki konsept Arif Əzizin 65-illik peşəkar irsini lakonik tərzdə əks edir. AzMİU-nun ixtisas istiqamətlərinə müvafiq olaraq sərgidə rəssamın əsasən qrafik dizayn sahəsinə aid əsərləri nümayış edilib. Burada onun erkən yaradıcılıq dövrünü əhatə edən fərqli mövzulu plakatlar, loqotiplər xüsusi maraqla qarşılanıb. Sərginin daha bir aspekti Arif Əzizin fərdi bədii üslubunu və manerasını əks edən “Bəyaz”dır. Ağ rəngin məhdud imkanlarını tekstura və yaxıların incə zərbləri ilə vurğulayan rəssam kompozisiyada qədim milli simvolikanın avanqard həllinə nail olur. Sərginin kontekstinə uyğun olaraq üslubun formalaşma məqamlarını əks edən əsərlər və onları müşahidə edən videoçarxlar təqdim olunmuşdur.
Sərginin açılışında AzMİU-nun Rektoru, Əməkdar memar, professor Gülçöhrə xanım Məmmədova yubilərı təbrik edib, Arif Əzizin özünəməxsus “Bəyaz” üslubununun əsaslarını, rəssamın Azərbaycan sənətində avanqardizm yanaşmasını qeyd edib, sərginin Universitetin müəllim-tələbə heyəti üçün önəmini vurğulayıb. Universitetin Memarlıq fakültəsinin dekanı, professor Zahidə xanım Məmmədova çıxışında Arif Əzizin Azərbaycan incəsənətində rolunu vurğulayıb, sərginin təşkili və reallaşmasının uğurlu layihə olmasını qeyd edib. Azərbaycan-İtaliya Dizayn Mərkəzinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov rəssamın dizayn sahəsində axtarışlarının fənlərarası aspektlərini vurğulayıb, onun mədəni irsimizin təbliğində rolunu qeyd edib. AzMİUnun əməkadaşı, Əməkdar müəllim, Arif Əzizin tələbəsi Yaşar Səmədov xatirələri ilə bölüşdü. Sənətşünaslıq üzrə fəlsədə doktoru, dosent Sevil Kərimova çıxışında Arif Əzizin yaradıcılığına dair şərhlər verib. Sonda Xalq rəssamı Arif Əziz sərginin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.