Türkiyənin Nevşehir vilayətində yaşayan 24 yaşlı Rəcəb Tayyib Ərdoğan adlı gənc hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatına millət vəkili namizədliyi üçün müraciət edib.
Nevşehir Hacı Bektaş Vəli Universiteti Peşə Məktəbinin Kompüter Proqramlaşdırma fakültəsini bitirdiyini deyən Ərdoğan lazımi sənədləri dolduraraq partiya binasında AKP-nin yerli təşkilatının başqanı Əli Kemıkkırana çatdırıb. Prezident və AKP başqanı Rəcəb Tayyib Ərdoğanla iş birliyi olmaqdan qürur duyduğunu vurğulayan Ərdoğan, "İllərdir AKP-yə xidmət etmiş bir ailənin üzvüyəm. AKP-nin fəal üzvü kimi müraciət etdim" deyib.
“1999-cu ildə prezidentimiz şeir dediyi üçün həbsdə olanda atam çox təsirlənmişdi” ifadəsini işlədən Ərdoğan atasının ona Rəcəb Tayyib adını məhz buna görə qoyduğunu bildirib. "Adımdan çox xoşbəxtəm. Girdiyim mühitlərdə adıma inanmayanlar var. Lisey və universitet dostlarının çevrələrində kimliyimi görmək istəyənlər var idi" - Ərdoğan bildirib.
Əli Kemikkıran isə namizədlik prosesində partiyalarında çoxlu müraciətlərin olduğunu bildirib və Ərdoğana uğurlar arzulayıb.
"Gənclərin siyasətdə iştirakı Prezidentimizin çox önəm verdiyi bir məsələdir. 21 yanvar 2017-ci ildə Türkiyə Böyük Millət Məclisində gərgin mübarizə ilə Konstitusiyaya dəyişiklik edilərək səsvermə yaşı aşağı - 18 yaşa salındı. Ən gənc və qadın deputatlara sahib olmaq üçün namizədləri təyin edən siyasi partiyanın üzvü olmaq bizi xoşbəxt edir” - Kemikkıran deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.