Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 14 mart 2023 - cü il tarixində Xalq artisti, teatr və kino aktyoru Rafiq Əzimovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamladı və sənətkarı yubileyi münasibətilə təbrik etdi. Daha sonra, aktyorun sənət dostları çıxış edərək yubilyarla bağlı öz xatirələrini və ürək sözlərini bölüşdülər. Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan və aktyorun yaradıcılığını əks etdirənf eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olundu. Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri konsert proqramı ilə çıxış etdilər. Tədbir aktyorun şərəfinə təşkil olunmuş xoş sürpriz ilə yadda qaldı. Belə ki, Rafiq Əzimovun yubileyi münasibətilə çəkilmiş portret rəssam Vüsal Tərlanoğlu tərəfindən hədiyyə olundu. Tədbirdə incəsənət xadimləri, aktyorun ailə və sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak etdilər. Sonda xatirə şəkilləri çəkildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.