Nizaminin fars şairi yox, farsdilli şair, fars dilində yazan türk (Azərbaycan) şairi olduğunu əslində farslar özləri də çox gözəl bilirlər. Bu həqiqət farslara da, Nizami "Xəmsə"sinin qəhrəmanlarından biri Şirini erməni qızı kimi təqdim etməyə çalışan erməni alimlərinə də, Qərb şərqşünaslarına da gün kimi aydındır.
Lakin buna rəğmən, İran rəsmiləri həmişə olduğu kimi bu dəfə də gözlərini yumub, ağızlarını açaraq Tehranda keçirilən "Nizami Gəncəvi həftəsi"nin açılışındakı çıxışlarında Nizami Gəncəvinin milliyyətcə fars olduğunu iddia ediblər.
Niyə ediblər?
Çünki Əbülqasim Firdovsi, Sədi Şirazi, Hafiz Şirazi, Cəlaləddin Rumi qədər məşhur olan Nizami Gəncəvi kimi dühaya yiyələnmək istənilən ölkə üçün prestijdir. Nizami irsi o qədər böyük və universaldır ki, paniranizmə xidmət edən molla rejimi də bü fürsəti əlindən qaçırmaq istəmir, hərisliyini gizlətmir.
Qırmızılıqda, saxtakarlıqda ermənilərdən heç də geri qalmayan iranlı alimlər, parlamentarilər, rihanilər və rəsmilər Nizaminin guya "fars şairi" olmasını bununla əsaslandırırlar ki, o, əsərlərini farsca yazıb.
Bəli, N.Gəncəvi farca yazıb. Bu heç kim üçün sirr deyil. Lakin niyə yazıb, onu fars dilində yazmağa nə vadar edib, bax, bu sualların səmimi və obyektiv şəkildə səbəblərini ortaya qoyanda İran alimlərinin və rəsmilərinin N.Gəncəvinin "fars şairi" olduğu barədə uydurmaları, səfsətələri sabun köpüyü kimi uçub dağılır.
Nizami Gəncəvi bizimlə bir dövrdə (21-ci əsrdə) yaşasaydı heç şübhəsiz ki, qəzəllərini, poemalarını Azərbaycan türkcəsində yazardı. Ancaq o, öz əsrinin şairi idi və 12-ci əsr müsəlman Şərqinin ortaq şeir dili fars dili idi. Fars dili orta yüzillərin şeir dili kimi dəbləşdiyinə, qəlibləşdiyinə görə Nizami də öz əsərlərini fars dilində yazmağa məcbur olub. Bu ki adi aksiomadır.
Bilənlər bilir, Nizaminin dövründə aparıcı Şərq dilləri məhz üç sahə üzrə bölünmüşdü. Belə ki, ərəb dili siyasət və elm dili, fars dili poeziya dili, türk dili isə hərb dili kimi qəbul olunurdu.
Lakin bu dillərdən gündəlik iş və yaradıcılıq vasitəsi, ünsiyyət vasitəsi kimi istifadə edən müxtəlif millətlərin nümayəndələri öz milli kimliklərini qoruyub saxlayırdılar. Bütün həyatını Gəncə torpağında keçirən, Gəncənin hüdudlarından bir addım da belə kənara atmayan Şeyx Nizami Gəncəvi də farsca yazmağına baxmayaraq azərbaycanlı idi, türk əsilli idi.
Onun yaradıcılığına birazca dərindən nəzər salan hər kəs görür ki, bu böyük söz ustadının əsərlərinin yazı dili fars, yazı üslubu isə türkcədir. Nizaminin yazı üslubu ilə fars şairlərinin yazı üslubu bir-birindən tam fərqlidir. Fars alimləri öz aralarında Nizaminin şeir üslubunu fars dilində “səbki-Azərbaycani” adlandırırlar. Elə təkcə bu faktın özü belə Nizaminin qeyri-fars mənşəli olduğunu təsdiqləmək üçün kifayət edir.
Üstəgəl, Nizami beş böyük əsərinin heç birində özünü fars şairi kimi təqdim etməyib. Onun beytlərinin, misralarının heç birində fars heyranlığına rast gələ bilməzsiniz. Lakin "türk" sözünə isə 70 dəfədən çox rast gəlinir.
Bəli, Nizami də Firdovsi kimi təpədən dırnağa bir fars şairi (həm də millətçi fars şairi) olsaydı yəqin ki, "Şahnamə"də olduğu kimi o da öz Beşliyində ("Xəmsə"sində) türklüyə nifrətini ortaya qoyar, türkofob fikirlər səsləndirərdi. Lakin biz Nizaminin əsərlərində türkə, türklüyə qarşı yalnız heyranlıq görürük.
Nə isə. Bu barədə çox danışmaq, çoxlu əks arqumentlər gətirmək olar. Və belə görünür ki, gətirəcəyik də. Çünki İranın diplomatları, nazirləri, dilçiləri, deputatları deyəsən bu mövzudan belə asanlıqla əl çəkmək fikrində deyillər.
Panfarsist köpəklərin bu mövzunu tez-tez qabardıb əsəblərimizi korlamaqlarını istəmiriksə, biz də bu istiqamətdə təsirli və təcili tədbirlər görməliyik. İlk addım kimi isə bütün dünya nizamişünaslarını, şərqşünaslarını, eləcə də Nizaminin əlyazmalarını "İran şairi"nin əsərləri kimi təqdim edən məşhur muzeylərin təmsilçilərini, UNESCO-nun nümayəndələrini dəvət etmək şərtilə Gəncədə beynəlxalq təqdimat simpoziumu keçirib, Nizaminin milli mənsubluğunu, soykökünü bütün dünyaya bəyan etmək, İran rəsmilərinin və alimlərinin bu məsələyə dair spekulyasiyalarına birdəfəlik son qoymaq olar.
Bu istiqamətdə bir çox başqa işlər də görmək mümkündür.
Biz öz üzərimizə düşən işləri görmədikcə fars kimi, erməni kimi giyenlər, goreşənlər də bizim milli-mənəvi sərvətlərimizə həyasızcasına sahib çıxmağa davam edəcəklər. Biz isə eləcə gileylənməklə və yaxud da ki, bir-iki etiraz bəyanatı səsləndirməklə kifayətlənəcəyik. Bununla heç nəyə nail ola bilmərik, cənablar!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.