24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Mirzə Musayev: “Apardığımız tədqiqatlar nəticəsində üzüm bitkisinin 11 min il əvvəl Qərbi Asiya və Qafqazda mədəniləşdirildiyi sübut olunub”

2 il əvvəl 881 01

Mirzə Musayev: “Apardığımız tədqiqatlar nəticəsində Qafqaz və Qərbi Asiyanın üzüm bitkisin əsas ilkin mənşə və mədəniləşdirilmə mərkəzi olduğu sübut edilib”

Üzümçülük xalqımızın təsərrüfat həyatının tarixi etibarı ilə ən qədim və geniş yayılmış sahələrindən biri olmuşdur. Saysız-hesabsız arxeoloji qazıntılar, paleobotaniki, ampeloqrafiya məlumatları, dil və folklor nümunələri, yazılı mənbələr, toponimika və s. tədqiqatlar nəticəsində Azərbaycanın mədəni üzümçülüyün vətəni olan geniş bir əraziyə daxil olduğu müəyyənləşdirilmişdir.

Bu yaxınlarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayevin beynəlxalq tərəfdaşlarla birgə uzun illər ərzində üzüm bitkisinin təkamülü üzrə apardıqları tədqiqatların nəticələri dünyanın ən nüfuzlu beynəxlaq jurnalı - impakt faktoru 63.714-ə bərabər olan “Science”də dərc olunub.

M.Musayev açıqlamasında tədqiqatın elmi yeniliyi barədə məlumat verib. Azərbaycanın dünyanın əsas meyvəçilik və üzümçülük mərkəzlərindən olduğunu bildirın tədqiqatçı qeyd edib ki, ölkəmizdə üzüm bitkisinin çoxlu sayda xalq seleksiya sortları, formaları və onların yabanı əcdadları fermerlərin həyətyanı sahələrində becərilib və təbii halda yayılıb. Onun sözlərinə görə, xalqımızın əkinçilik mədəniyyətinin canlı tarixi olan üzüm sort və formaları məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı, quraqlığa və şaxtaya dözümlü olub, meyvələri uzun müddət saxlanmağa yararlıdır. Bu sort və formalardan əhalimiz təzə halda, həmçinin müxtəlif növ doşabların, mürəbbələrin, şirələrin və meyvə qurularının istehsalında istifadə edərək əlavə qazanc əldə edirlər.

“Üzüm bitkisinin genetik müxtəlifliyinin toplanması, artırılması, öyrənilməsi, pasportlaşdırılması, kolleksiyalarının genişləndirilməsi, məhv olmaqdan qorunması və seleksiyada istifadəsi müasir dövrümüzün ən aktual və vacib məsələlərindən biridir”, - deyə qeyd edən M.Musayev beynəlxalq əməkdaşlıq nəticəsində əldə olunan elmi yenilikdən bəhs edib.  O, dünyanın 16 ölkəsinə aid 43 müxtəlif institutlarının iştirakı ilə 2019-2022-ci illər ərzində üzüm bitkisinin Vitis vinifera L. biomüxtəlifliklərinə aid olan 3525 ədəd mədəni - Vitis vinifera ssp. sativa DC.  və yabanı - V.vinifera L. ssp. sylvestris (C. C. Gmel.) Hegi. nümunələrinin tam genomunun sekvenslənməsinin həyata keçirildiyini diqqətə çatdırıb.
Tədqiqatçının bildirdiyinə görə, molekulyar genetik tədqiqatlar, dərin bioinformatik və biostatistik analizlər nəticəsində üzüm bitkisinin ikili mədəniləşmə və mənşə mərkəzinə malik olduğu müəyyən edilmişdir. Əldə edilmiş nəticələrlə sübut olunmuşdur ki, üzüm bitkisi 11 min il əvvəl Qərbi Asiya və Qafqazda mədəniləşdirilmiş, süfrəlik və şərablıq üzüm sort və formaları yaradılmışdır. Alınmış elmi nəticələrdən məlum olmuşdur ki, Qafqaz və Qərbi Asiya üzüm bitkisin əsas ilkin mənşə və mədəniləşdirilmə mərkəzi olub və daha sonra bu təcrübə Avropaya keçib.

“İlkin mənşə və mədənişdirilmə mərkəzlərinin təyin edilməsi daha qədim və bir çox əhəmiyyətli xüsusiyyətləri olan genetik müxtəlifliyin aşkar edilməsinə və elmi qiymətləndirilməsinə şərait yaradır”, - deyən M.Musayev əlavə edib ki, Qafqaz və Qərbi Asiyada mövcud olan yabanı və mədəni üzümün rüşeym plazması çox qiymətli, o cümlədən xəstəlik və zərərvericilərə qarşı davamlılıq, həmçinin dəyişən ətraf mühitə uyğunlaşma kimi əhəmiyyətli bioloji və təsərrüfat  xüsusiyyətlərinin daşıyıcısı olduğundan böyük elmi və praktik əhəmiyyətə malikdir.

Alim bildirib ki, genom boyu asossiativ xəritələşdirmə metodu ilə üzümün bir sıra əlamətlərini (dad, muskat ətri, giləmeyvənin rəngi, çiçəklərin hermofroditliyi və s.) idarə edən genlər və minlərlə tək nukleotid polimorfizmləri identifikasiya edilmiş, eləcə də əldə edilmiş mükəmməl elmi nəticələr üzüm bitkisi üzrə genom seleksiyası istiqamətində gələcək tədqiqatlar üçün geniş imkanlar açmış, seleksiya proseslərini sürətləndirmək üçün şərait yaratmışdır.

“İlkin mənşə və mədəniləşmə mərkəzlərinin dəqiq təyin edilməsi, bu ərazilərdə mövcud olan, müsbət bioloji və təsərrüfat göstəricilərinin donoru üzüm nümunələrinin aşkar edilməsinə, yeni, məhsuldar, meyvələri iri, yüksək dad keyfiyyətlərinə malik, müxtəlif vaxtlarda yetişən, ətraf mühitin biotik və abiotik stres amillərinə qarşı davamlı və müxtəlif təyinatlı mədəni üzüm sortlarının yaradılmasına və gələcəkdə üzümçülük-şərabçılıq sənayesinə mühüm töhfə verəcək.

Ona görə də, biz nəinki Qafqaz və Qərbi Asiya mənşəli yabanı və mədəni V. vinifera L. rüşeym plazmasını toplamaq, xarakterizə etmək və qorumaq üçün səylərimizi artırmalıyıq, eyni zamanda Avropa, Şimali Afrika və Asiyanın digər bölgələrindən olan nümunələrin də kolleksiyalara daxil edilməsi, qiymətləndirilməsi və qorunmasını təmin etməliyik, - deyə M.Musayev fikrini tamamlayıb.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com