Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 09 mart 2023 - cü il tarixində “Zamana qalib gələnlər!” adlı tədbir keçirildi.
Azərbaycan peşəkar teatrını yaradılmasının 150 illik yubileyi çərçivəsində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə birlikdə təşkil olunan bu tədbir Teatr Muzeyində qorunan səhnə sənətimizə dair eksponatlar üzərində aparılan bərpa işlərinə həsr olunub.
Tədbiri Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq tədbir iştirakçılarına Azərbaycan teatrının zəngin tarixi haqqında məlumat verib.
Daha sonra iştirakçılara bu şərəfli sənətin yaranmasında və inkişafında böyük xidmətləri olan sənətkarların yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.
Tədbirin gedişatında Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktor müavini Vəfa Mühacirova və digər mütəxəssislər də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin eksponatları üzərində aparılan bərpa işlərindən danışıb.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, muzey əməkdaşları və media nümayəndələri iştirak edib.
Sonda xatirə şəkilləri çəkildi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.