AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində(LREM) “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib. Tədbiri LREM-in direktoru, professor Fərman Quliyev açaraq “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə qadın iştirakçıları hərarətlə təbrik edib.
Fərman Quliyev Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq nümunəsi olduğunu, cəmiyyətin həyatında xüsusi rol oynadığını, öz milli xüsusiyyətlərini, ülvi hisslərini qoruyub saxladığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakı təmin olunub. Əlavə edib ki, Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi, qadınlar Lənkəran Regional Elmi Mərkəzinin həyatında da də fəal iştirak edərək elmi-tədqiqat işlərinə öz töhfələrini verirlər.
Tədbirdə çıxış edən mərkəzin elmi işlər üzrə direktor müavini dosent Sevinc Hüseynova, şöbə müdiri Sərraf Talıbov, aparıcı elmi işçi Mayis Cəfərov, əməkdaşlardan Hasil Əskərov, Hamiq Qasımov və digər çıxışçılar qadınları bayram münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Sonda bütün qadınlara gül dəstəsi və qiymətli hədiyyələr təqdim edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.