Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Şərəfli qadın ömrü” mövzusunda şəhid anaları və fəal qadınlarla görüş keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarını qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər: “İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verilib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınların fədakar əməyin yüksək qiymətləndirilir, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adlar, fərdi təqaüdlər verilir, orden və medallarla təltif olunırlar...”
Seyfəddin Əliyev müharibə şəraitində olan ölkəmizdə anaların üzərinə böyük bir məsuliyyətin düşdüyündən, bu gün Azərbaycan anaları xalqımızın gələcəyi sayılan gənclərin vətənpərvərlik ruhunda, milli dəyərlərimizə bağlı, xalqına yurduna bağlı şəkildə böyüyüb inkişaf etməsini təmin etməsindən, Azərbaycan anaları sağlam gəncliyin dövlətçilik ruhunda, düzgün istiqamətdə yetişməsində çalışmaqlarından geniş bəhs edib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirib ki, bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb, onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsidir.
Tədbirdə şəhid anası Günay Seyfullayeva, fəal qadınlardan Göyçək Ələsgərova, Dilarə Hüseynova, Lətifə Qənbərzadə, Nazilə Hüseynova, Mənijə Yəhyayeva, Nailə Əsədullayeva, Fəridə Ağayeva, Natəvan Əliyeva və başqaları çıxış edərək ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.