Venesuelalı model Georgilaya “Instagram” hesabından portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə bir gecə keçirdiyini iddia edib.
Georgilaya iddia edib ki, o, dünya çempionatına getmək üçün Portuqaliyanın Braziliya ilə pley-off oyunundan əvvəl Ronaldo ilə cinsi əlaqəyə girib.
Gənc qadın portuqaliyalı futbolçularla selfi çəkdirdikdən sonra Kriştiano Ronaldodan onu otağına dəvət edən mesaj aldığını bildirib.
“Instagram” fenomeni açıqlamasında bildirir: “Mesajı oxuyanda fikirləşdim ki, ora getsəm, söhbət edərik, bir-birimizi daha yaxından tanıyarıq və daha çox şəkil çəkdirərdik. Bir gecəni birlikdə keçirdik. Mən də buna icazə verdim. Ronaldonun şöhrəti və gücü ilə manipulyasiya edildiyimi hiss etdim”.
Kriştiano Ronaldo isə meneceri vasitəsilə bu açıqlamaya reaksiya verib və Georgilayanın iddialarını qətiyyətlə rədd edib. Portuqaliyanın “Correio da Manha” qəzetinin xəbərinə görə, Ronaldo cəbhəsi “Bu, tamamilə yalan və böhtan xarakterli ittihamdır” deyib.
“Instagram”da yeni video paylaşmayan Georgilaya bu təkzibə kodlu mesajla cavab verib: “Bu gün ağladığım hər şeyin şərəfinə gülümsəyirəm”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.