Militao avtoqolla "Barsa"nı sevindirib
Dünən İspaniyada futbol üzrə ölkə kubokunun ilk yarımfinal oyunları keçirilib. Oyunlardan biri və ən maraqlısı Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub. Burada ev sahibi "Real" əzəli rəqiblərindən biri olan "Barselona"nı qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə bitib - 0:1. Matçın taleyini həll edən yeganə qolun müəllifi isə 26-cı dəqiqədə "Kral klubu"nun öz oyunçusu Eder Militao olub (avtoqol). Bununla da "Real" cari mövsümdə doğma divarlar arasında 11 qələbə və 3 heç-heçədən sonra ilk məğlubiyyət acısını yaşayıb. Qeyd edək ki, bu "Real"ın "Bernabeu"da reallaşan son 10 klassikodan 6-cı məğlubiyyəti olub. Bir məqamı da qeyd edək ki, "Real" İspaniya Kuboku uğrunda turnirdə 1970-ci ildən sonra "Barsa"nı doğma divarlar arasında məğlub edə bilmir. Ümumiyyətlə "Kral klubu" ölkə kubokunda "Barsa"ya qarşı keçirdiyi son 11 oyunda cəmi bir dəfə qalib gələ bilib. Dünən 0:1 hesabı ilə bitən oyun Madrid təmsilçisinin 6 məğlubiyyətsiz oyunlar seriyasını da bitirib. Beləliklə, "Barselona" 2023-cü ildə "Real"ı iki dəfə məğlub etməyi bacarıb. Cari mövsümdə "Barsa" "Real" üzərində ilk qələbəsini yanvarın ortalarında Superkubokun finalında qazanmışdı - 3:1.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.