Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Ali məktəb kitabxanalarında elektron informasiya xidmətlərinin təşkili” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müəllimi Sevda Məmmədova mövzu ilə bağlı məruzə edib. Məruzədə qlobal informasiya mühitinin yaratdığı şəraitdə ali məktəb kitabxanalarının müasir modelinin tələblərindən bəhs olunub. Vurğulanıb ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasının günü-gündən artdığı çağdaş dövrdə ali məktəb kitabxanalarında oxuculara elektron informasiya xidmətlərinin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Araşdırmada müasir dövrdə ali məktəb kitabxanalarının elektron sənəd-informasiya təminatı və bütünlükdə informasiya massivinin prioritet istiqamətləri təhlilə cəlb edilib. Məruzədə həmçinin modern ali məktəb kitabxanalarının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar da diqqətə çatdırılıb.
Elmi seminar müzakirələrlə davam edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.