Masallı rayonunda Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafında rolu” adlı tədbir keçirilib.
Əvvəlcə İdarə rəhbərliyi və rayon rəsmiləri Ümummilli lider Heydər Əliyevin Masallı şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
“Masallı Gənclər Evi”ndə baş tutan tədbirin keçirilməsində məqsəd Ümummilli lider Heydər Əliyevin ölkəyə başçılıq etdiyi müxtəlif illərdə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının tərənnümü, Ulu Öndərin irsinin təbliğ olunmasıdır.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov tədbir iştirakçılarını salamladıqdan sonra “Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin sahə rəisləri İlham Vəliyev və Hüseyn Əmirli müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafının Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf etdiyini bildiriblər. Natiqlər Ulu öndər Heydər Əliyevin bilavasitə göstərişilə 1977-ci ildə tikintisinə başlanılan və 1986-cı ildə istismara verilən su anbarının Masallı rayonu, eləcə də cənub bölgəsi üçün əhəmiyyətindən danışıblar.
Akif AĞAYEV
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.