25 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA
1. Ana Səhifə
2. Hüquq - kriminal
1. Ana Səhifə
2. DÖVLƏTÇİLİK TARİXİ
DÜŞÜNMƏK ÜÇÜN İNFORMASİYA Hüquq - kriminal DÖVLƏTÇİLİK TARİXİ

RAFİQ ODAY: ŞƏHIDLƏR XIYABANI, XOCALI FACIƏSI VƏ XOCALISIZ FACIƏ

2 il əvvəl 1393 01

Bu gün səhər yolumu Sumqayıtdakı Şəhidlər Xiyabanından saldım. Axı bu gün Xocalı faciəsinin 31-ci ildönümüdür. Şəhidlər Xiyabanında tək-tük adam vardı. Xocalı faciəsinə həsr olunmuş abidə önündə isə kimsə yox idi. Abidəni ziarət etdim, önünə qərənfillər düzdüm, "Fatihə" verdim, Xocalı şəhidlərinin ruhuna  dualar oxudum.
Insanların belə az olmasından narahat oldum. Maraqlandım dedilər ki, rəsmi tədbir dünən olub.
Deyəcəklərim...
Birinci deyəcəyim odur ki, əgər faciə, soyqırım 26-na keçən gecə olubsa, 26 fevral da "Xocalı faciəsi günü" kimi rəsmi status alıbsa, niyə kütləvi ziyarət 25-nə salınsın ki? O günün həftənin hansı gününə düşməsindən asılı olmayaraq (O, bir ayrı məsələdir ki, bir xalq, millət olaraq bu faciəni unutmamalı, davamlı olaraq ziyarətdə bulunmalı, məqsədyönlü işlər görməliyik). Bu bir növ ona bənzəyir ki, "Aşura" gününü "Tasua" günü, 20 yanvarı 19-da, Azərbaycanlıların soyqırını gününü 31 martda yox, 30 martda, Zəfər gününü 8 noyabrda yox, 7 noyabrda və s. və ilaxır qeyd edirsən.
Ikinci deyəcəyim odur ki, faciədən 31 il keçməsinə baxmayaraq, biz yenə də "Xocalıya ədalət" şüarı ilə hərəkət edirik. Ötən 30 ilə yaxın bir dövr ərzində biz Qarabağa ədalət istədik, zəbt olunmuş, qarət edilmiş, yerlə yeksan olunmuş torpaqlarımıza ədalət istədik, bir milyondan artıq qaçqınımıza, köçkünümüzə ədalət istədik, 7-dən 77-yə qədər öldürülən, şikəst edilən, əsir götütülən, rüsvayçı hala salınan soydaşlarımıza ədalət istədik. O ədaləti bizə verdilərmi? Ədalət deyə qapılarına üz tutduqlarımız astanadan içəri belə  buraxmadı bizi. Əksinə işimizi əydilər, düşmənin dəyirmanına su tökdülər, bizi günahkar kimi qələmə verdilər. Bəs o ədaləti necə əldə etdik? Əlbəttə ki,  möhtərəm Prezidentimizin qətiyyəti, Ali Baş Komandan kimi cəsarəti, rəhbər kimi xalqın yanında olmağı, nəticə etibarilə xalq, ordu və dövlətin vəhdət şəkildə hərəkət  etməsi sayəsində. Beləcə, 44 günlük ikinci vətən savaşı Zəfərlə nəticələndi və istədiyimiz, amma bizə verilməyən, vermək istənilməyən ədaləti özümüz bərpa etdik. Bu Zəfər  nəticəsində "Dağlıq Qarabağ" ifadəsi də tarixə qovuşdu, "status-kvo" da, bu qəbildən olan digər məsələlər də. Bircə gün də möhlət verilsəydi, önümüzə ayı qaya dığırlatmasaydı Xocalı və digər işğal altında qalan torpaqlarımızda da ədaləti bərpa edəcəkdik. Sözümün canı odur ki,  istəməklə nə ABŞ, nə digər Qərb ölkələri, nə də Avropa bizə o ədaləti verməyəcək. Xocalıda da, Xocavənddə də, Xankəndidə də, Ağdərədə də, Qazağın 7 kəndində də, lap elə bappalaca Kərkidə də ədaləti özümüz bərpa edəcəyik - Ali Baş Komandanın rəhbərliyi altında və əminlikə deyirəm ki, o gün uzaqda deyil inşallah.
Üçüncü deyəcəyim isə televiziya kanallarının bəzi aparıcılarına və bəzi siyasi şərhçilərədir. Dindirən kimi başlayırlar ki, bəs biz Xocalı faciəsinin qisasını artıqlaması ilə almışıq. Təbii ki, 44 günlük savaşda əldə etdiyimiz ZƏFƏR başımızı uca, alnımızı açıq etdi, gözümüzü kölgədən qurtardı, təbii ki, 100 minə yaxın igid, mərd oğullarımızın bu və digər formatda iştirakı, 10 minlərlə qazimizin  rəşadəti, 3 min nəfər şəhidlik zirvəsinə ucalan ərənlərimizin  qəhrəmanlığı  sayəsində. Amma unutmayaq ki, Xocalı azad olmayınca, orda rahat gəzə bilməyincə, Xocalı şəhidlərinin xatirəsinə abidə-kompleksi Xocalının özündə ucaltmayınca "Xocalı şəhidlərinin qanı yerdə qalmadı, onların qisasını aldıq" deməyin ozü günahdı. Yuxarıda da qeyd etdiyim kimi, o sözü deyəcəyik, özü də çox da uzaqda olmayan bir zamanda. Öncə çayı keçək, sonra "Bərəkallah"ımızı deyək. O sözü deyənlərə bir də tövsiyəm ondan ibarətdi ki, o  gün Xocalıda törədilənləri təkrar-təkrar oxusunlar, görsünlər bu qətliamın tayı, bənzəri olan başqa bir faciə varmı dünyada. Və erməni-rus quldur birləşmələrinin etdiklərinin hansı birini biz etmişik qarşı tərəfə?!

Allah Xocalı şəhidləri də daxil olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin. Amin inallah.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

John Doe 1 il əvvəl

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

John Doe 1 il əvvəl

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

John Doe 1 il əvvəl

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

John Doe 1 il əvvəl

Əkbər Qoşalı: 20 ildən 200 İLƏ...

Əkbər Qoşalı: 20 ildən 200 İLƏ...

John Doe 1 il əvvəl

Bəybala Mirzəyev: Tarixə və şəxsiyyətlərə münasibətimiz haqda qeydlər...

Bəybala Mirzəyev: Tarixə və şəxsiyyətlərə münasibətimiz haqda qeydlər...

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com