Fevralın 6-sı Türkiyədə baş vermiş dağıdıcı zəlzələlər minlərlə binanı yerlə-yeksan edib. Minlərlə insan yaşadıqları binaların dağıntıları altında qalaraq həyatlarını itiriblər. Amma bölgədə zərər görməyən binalar da var.
2004-cü ildə Antakyada Ergüvenoğlu ailəsi tərəfindən inşa edilən 3 ictimai və 12 yaşayış binası da dağılmayan binalar arasındadır. Zəlzələ nəticəsində bu binalarda nə dağıntı, nə də insan itkisi olub.
İnşaat mühəndisi Mustafa Ergüvenoğlu binaları qaydalara uyğun tikdiklərini bildirib. Onun sözlərinə görə, reputasiyasını tanıdığı və işlərini layiqincə yerinə yetirdiklərinə inandığı podratçılar dağıntılar altında qalaraq ölüblər:
“Şübhəsiz ki işini vicdansızcasına yerinə yetirən insanlar var, amma tanıdığımız və işindən əmin olduğumuz insanların tikdikləri binaların altında qalaraq öldüyünü görəndə ya mühəndisin layihə xətası, ya da yerin tədqiqatını aparan geoloqun səhvi olduğunu düşündüm. Biz mühəndisik, amma ustalarımız da çoxdur. Tətbiqlərdə gözdən qaçan xəta baş verə bilər. Lakin bu o demək deyil ki, biz məsuliyyət daşımırıq".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.