Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Elm və Təhsil Nazirliyi tərəfindən təltiflərə layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən Universitetin rektoru Elçin Babayev bildirib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi və yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə fakültənin 15 əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 5 əməkdaşı isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib.
Rektor qeyd edib ki, Şərqşünaslıq fakültəsi BDU-nun ən köklü fakültələrindən biridir. Dünyada gedən geosiyasi proseslər kontekstində şərqşünas kadrlara tələbat daha da artıb. Bu baxımdan beynəlxalq təşkilatlar və müvafiq ölkələrlə elmi əlaqələrin daha da genişləndirilməsi, Şərqşünaslıq fakültəsinin nüfuzunun daha da artırılması günün tələbidir.
Rektor təltiflərə layiq görülən Universitet əməkdaşlarını təbrik edib, onların hər birinin BDU-nun fəaliyyətində böyük rolunun olduğunu vurğulayıb. BDU rektoru daha sonra təltifləri təqdim edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.