24 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

“Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib (FOTO=3)

2 il əvvəl 973 01

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Bu münasibətlə foyedə Məhtimqulu Fəraqinin yaradıcılığına və Türkmənistan mədəniyyətinə dair sərgi nümayiş etdirilib.

Beynəlxalq konfransa Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, eləcə də Türkmənistandan olan alimlər qatılıblar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan əlaqələrinin tarixindən bəhs edib. O, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladaraq qeyd olunan istiqamətdə Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Bu gün Türkəmistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafında yeni bir mərhələnin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə dövlətlər səviyyəsində mühüm işlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış rəsmi sənədlər qardaş ölkə Türkmənistanla dərin kökləri olan əlaqələrin çoxşaxəli inkişafı baxımından yeni üfüqlər açır.
AMEA rəhbərinin sözlərinə görə, AMEA və Türkmənistan Elmlər Akademiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin yeni mərhələsi çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətli işlər görülüb, mühüm tədbirlər həyata keçirilib.

Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli ölkəmizin şairin həyatı və yaradıcılığının tədqiq olunması baxımından ikinci böyük elmi mərkəz olduğunu söyləyib. Alim bildirib ki, bu istiqamətdə görülmüş işlərdən biri AMEA alimlərinin ilk dəfə olaraq Bakıda daş basmasını aşkar edib üzə çıxardıqları Məhtimqulu Fəraqinin əlyazma “Divan”ının nəşr edilməsi olub: “Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan kitabının yeganə nüsxəsidir və şairin irsinin öyrənilməsinə AMEA-nın ən böyük töhfəsidir”.

AMEA prezidenti, həmçinin bugünkü konfransda yer alan sərginin əhəmiyyətindən bəhs edib. O, burada nümayiş olunan materialların Türkmənistan abu-havasını ölkəmizə gətirdiyini bildirib, sərgidə mühüm əsərlərin təqdim olunduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq Türkmənistanda böyük şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Alim şairə həsr olunmuş ilk beynəlxalq tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkərək bu baxımdan konfransın önəmini qeyd edib. Vurğulayıb ki, bugünkü konfrans da iki ölkə arasında qardaşlığın bir nümunəsidir.

AMEA rəhbəri çıxışının sonunda Məhtimqulu Fəraqinin 300 illik yubileyinə töhfə olaraq böyük mütəfəkkirin zəngin ədəbi irsi ilə bağlı ortaq monoqrafik tədqiqatın hazırlanaraq nəşr olunması təklifini irəli sürüb.

Daha sonra Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov çıxış edərək, Azərbaycanda türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Qurbanməmmet Elyasov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə 2024-cü ilin “Məhtimqulu ili” elan edildiyini diqqətə çatdırıb və artıq bu işə start verildiyini bildirib. O, Türkmənistanın Azərbaycandakı səfiri kimi iki qardaş ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün hər cür dəstəyi göstərəcəyini nəzərə çatdırıb.

Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poemaları”, Nəşriyyat və proqnozlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulu Fəraqi əsərlərinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun Lüğət, terminologiya və dil mədəniyyəti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ata Qılıcov, həmin institutun Xalq yaradıcılığı şöbəsinin elmi işçisi Yusup Lallakov, Müasir türkmən dili və tarixi şöbəsinin elmi işçisi Qurbanberdi Qurbangeldiyev, eləcə də Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinin sərgi işlərini hazırlama şöbəsinin müdiri Aymırat Amanqılıcov, Türkmənistan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət fakültəsinin Nəqqaşlıq kafedrasının təcrübəçi müəllimi Mıratmergen Kulıyev və AMEA Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Nizami Tağısoy çıxış edərək böyük şair Məhtimqulu Fəraqinin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Qurbanməmmət Elyasova üzərində müasir Bakı şəhərinin təsvirləri olan rəsm əsəri hədiyyə edib.
Tədbirin sonunda türkmən milli mətbəxi nümunələri nümayiş etdirilib.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

John Doe 1 il əvvəl

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

BDU-nun əlcəzairli doktorantı Azərbaycanın ali məktəb kitabxanalarının iş metodlarını tədqiq edib

John Doe 1 il əvvəl

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

BDU-da Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətlərinə dair elmi seminar

John Doe 1 il əvvəl

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

В БГУ прошел XXII Бакинский конкурс ораторства на японском языке

John Doe 1 il əvvəl

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

"Ulu Öndər xatirələrdə": BDU-da professor Dilarə Seyidzadə ilə görüş +FOTO=8

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com