Kitabxanada “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair Esmira Günəş “Salam, Qarabağ” şeirini kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə təqdim etdi.
44 günlük Vətən müharibəsində Qələbə qazanan şanlı Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Qarabağ Azərbaycana qovuşdu. Şəhidlərimizin, günahsız müharibə qurbanlarının qisası alındı. Şair Esmira Günəş “Salam, Qarabağ” şeirində dastanlara dönən Qələbəmizlə azad, doğma Qarabağı qürurla salamlayır.
Salam, Qarabağ
İti qovan kimi qovduq düşməni
Qoruduq şərəflə biz bu Vətəni.
Ey mənim xalqımın gözəl məskəni,
Salam, əziz Şuşa, salam Qarabağ!
Döndü dastanlara Qələbəmiz də,
Daima yaşadın sən qəlbimizdə.
Gəlib torpağına deyirik biz də,
Salam, əziz Şuşa, salam Qarabağ!
Xarıbülbülünün xoş ətri gəlir,
Təbiət qoynunda ürək dincəlir.
Qəlbim bu sözləri qürurla deyir,
Salam, əziz Şuşa, salam Qarabağ!
Ey şəhid ruhları, ey doğma kəslər,
Dolaşır yurdumda isti nəfəslər.
Könlüm xoş günlərin görməyi istər,
Salam, əziz Şuşa, salam Qarabağ!
Salam sən adlı yaram Qarabağ.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.