Ermənistan hökumətində kadr böhranı var- "Hraparak"
"Ermənistan hökumətində kadr böhranı yaranıb və vakant vəzifələrə aylar, hətta illərlə təyinat olmur".
Bu barədə Ermənistanda çıxan “Hraparak” qəzeti yazıb.
Müəllif bildirib ki, hərbi xidmətə qış çağırışının başlanmasından iki həftədən çox vaxt keçsə də, Ermənistan müdafiə nazirliyinin çağırış xidmətinin rəisi vəzifəsi 3 aydan artıqdır boşdur: “2023-cü il avqustun sonunda Armen Avtandilyan bu vəzifədən azad edilib. O, azadlığa çıxdıqdan sonra hüquq-mühafizə orqanlarının hərbi komissarlıqlarda araşdırma apardığı, korrupsiya risklərinin yarandığı, çoxlu sayda hərbi qulluqçunun xidmətdən uzaqlaşdırıldığı və ya azad edildiyi barədə xəbərlər yayıldı”.
Məqaləyə əsasən, hakimiyyət onu “daha güclü” tərkiblə əvəz etmək istəyir: “Ancaq faktiki olaraq onlar üçün hələ də əvəz tapılmayıb”.
Bildirilib ki, oxşar vəziyyət Penitensiar Xidmətin rəisi vəzifəsinə də aiddir: “2023-cü il avqustun 5-dən Sergey Atomyan bu vəzifədən azad edildikdən sonra bu xidmət rəissiz qalıb”.
Məlumata əsasən, rəsmilər bu vəzifəyə uyğun namizəd tapa bilmədiklərini deyirlər: “İstintaq Komitəsinin keçmiş başçısı Qayk Qriqoryana rəis vəzifəsi təklif ediləsə də o, razılaşmayıb”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.