Fərqanə Qasımlı:
Bursada13-cü Bursa Beynəlxalq Fotoqraf Festivalı keçirilib
Türkiyənin Bursa şəhərində 13-cü Bursa Beynəlxalq Fotoqraf Festivalı (BursaFotoFest) keçirilib. Festivala Türkiyədən və dünyanın hər yerindən usta fotoqraflar dəvət olunub. Festivalda Azərbaycandan, Şimali Kipr Türk Respublikasından, Bosniya-Hersoqovinadan, Kosovodan, Macarıstandan və ölkənin hər bir coğrafiyasından fotoqraflar öz əsərləri ilə qonaq olub. Türkiyənin ən böyük festivallarından biri olan BursaFotoFestin hədəfi türk və dünya fotoqrafiyasını Bursada bir araya gətirməkdi. BursaFotoFest bu ilki Festival Türkiyə Cumhuriyyətinin yaranmasına həsr olunub. Cumhuriyyətimizin 100-cü İlində “Yüzilin İzləri” mövzusunda keçirilən festivala Azərbaycandan Beynəlxalq dərəcəli fotoqraf, Azərbaycan Fotoqrafları Birliyinin təftiş komisiyasının sədri Fərqanə Qasımlı dəvət olunub. Sərgidə 2020-ci il ikinci Qarabağ müharibəsində qazanılan zəfər günündə çəkilən fotolar “Zəfər günü”adı ilə sərgilənib. BursaFotoFestin açılış mərasimi noyabırın 3-ü keçirilib. Açılış mərasiminə Bursa millət vəkili Emine Yavuz Gözkeç və tanımış simalar qatılıb. Festival noyabrın 12-nə kimi Merinos AKKM –də (Atatürk Mədəniyyət Konqres Mərkəzi ) davam edəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.