Ceyhun Məmmədov:
Dəyərli gənclər, tövsiyələrimi sizinlə bölüşürəm
Dəyərli gənclər, tövsiyələrimi yenidən sizinlə bölüşürəm. İnanıram ki, bu tövsiyələr də sizin üçün maraqlı və faydalı olacaq:
1. Bütün işlərinizi vicdanla və insafla görün. Heç şübhəsiz ki, hamı işini vicdanla və insafla görsəydi dünyamız bu qədər ağır sınaqlarla üz-üzə qalmazdı.
2. Cəmiyyətlər, dövlətlər hər bir insan digər insan qarşısında məsuliyyətini dərk edəndə güclü olur. Cəmiyyətləri uçuruma aparan insanların bir-birinə qarşı məsuliyyətsizliyi və səhlənkarlığıdır.
3. Bütün addım və qərarlarınızda ədalətli olun. Unutmayın ki, cəmiyyətləri və dövlətləri ayaqda saxlayan ədalətdir.
4. Bu dünyanın həqiqi sahibinin Uca Allah olduğunu unutmayın. Əlinizdə olanlara, sizə verilən nemətlərə görə hər zaman şükür edin. Naşükürlüyün yalnız bədbəxtlik gətirdiyini unutmayın.
5. Ətrafınızdakı insanlara dəyər verin, onlardan sevginizi əsirgəməyin, etinasız olmayın. Heç birimiz sabah başımıza nə gələcəyini bilmirik.
6. Hər zaman insanlara yaxşılıq edin, hətta sizə pislik edənlərə belə. Bilin ki, dünyamızı ayaqda saxlayan etdiyimiz yaxşılıqlardır. Unutmayın ki, etdiyiniz pislik yalnız özünüzə qalacaq.
7. Hər zaman vicdanınızı, təmizliyinizi və dürüstlüyünüzü qoruyun. Sizə “Düz olan düzdə qalar” deyənlərə çox da fikir verməyin.
8. Ətrafınızdakı insanlarla mərhəmətlə davaranın, onlara yuxarıdan aşağı baxmayın. Unutmayın ki, kimliyindən, hansı peşə sahibi olmağından asılı olmayaraq hər birimizi Uca Allah yaradıb.
9. Heç zaman yalnız özünüzü, şəxsi maraqlarınızı düşünməyin. Hər zaman cəmiyyətimizin, dövlətimizin islahı və daha güclü olması üçün çalışın.
10. Heç zaman maddiyatı mənəviyyatdan üstün tutmayın. Unutmayın ki, cəmiyyətləri və dövlətləri ayaqda saxlayan onların dəyərləridir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.