“Türkiyə Cümhuriyyəti - 100” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi
Türk Cumhuriyyətinin yaranmasının 100-illik yubileyi 2023-cü il oktyabrın 29-da qeyd olundu. Bütün Türk dünyasında kimi, Azərbaycanda da bu tarixlə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Vaxtılə Ulu Öndər Heydər Əliyevin ifadəsi “Bir millət, iki dövlət” Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə edən konsepsiyaya çevrildi və hazırda iki ölkə arasında rəsmi mövqeyinin əsasını təşkil edir. Qardaş Türkiyə dövlətinə olan isti münasibətimiz hər sahədə öz təzahürünü tapmalıdır. Buna görə də biz, alim-musiqişünaslar belə tarixi hadisədən kənarda qala bilməzdik və 26-27 oktyabr tarixində Türkiyə Cümhuriyyətinin 100-illik yubileyini elmi-praktiki konfrans şəklində qeyd etdik.
Beynəlxalq konfransı giriş sözü ilə açan BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli vurğuladı ki, “biz xoşbəxt insanlarıq, çünki bizə Türkiyə Cümhuriyyətinin 100 illiyini görmək nəsib olmuşdur”. Plenar iclasda çıxış etmiş BMA-nın elmi və innovasiyalar üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə qeyd etdi ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyədən çoxsaylı gənc alimlər Akademiyanın doktorantura şöbəsində təhsil almış, peşəkar musiqişünaslar kimi formalaşmış və Türkiyənin ali təhsil müəssisələrində öz pedaqoji və alimlik fəaliyyətlərini davam etdirmişlər.
Konfransın mövzusuna kifayət qədər böyük maraq olmuşdur və təşkilat komitəsinə 52 məruzə, Bakı Musiqi Akademiyasından başqa Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuversiteti, Bakı Xoreoqrafiya Akademiyası, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Naxçıvan Dövlət Universiteti və, o cümlədən Özbəkistan, Türkmənistan, Rusiyanın tanınmış alimlərindən də bir neçə məruzələr daxil olmuşdur.
Mövzu ilə bağlı məruzələr musiqişünaslığın müxtəlif istiqamətlərini əhatə edirdi. Burada Türkiyə Cumhuriyyətinin qurucusu və ilk Prezidenti olmuş Mustafa Kamal Atatürkün mədəni quruculuq sahəsində gördükləri mühüm islahatlar, türk dünyasının musiqi əlaqələrinin tarixinə dair tədqiqalar, Türk dünyasının ənənəvi musiqisi və etnomusiqişünaslığla bağlı maraqlı faktlar təqdim edilmiş, Azərbaycan bəstəkarlarının türk poeziyasına müraciəti, Türkdilli dövlətlərlə Azərbaycanın qarşılıqlı mədəni əlaqələri və digər sahələr əhatə olunmuşdur. Bir məlumat da xüsusilə iştirakçıların nəzərinə çatdırıldı. Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün təsdiq edilmiş ali təhsil müəssisələr üzrə planına əsasən keçiriləcək Beynəlxalq və Respublika səviyyəli elmi konfrans, forum və simpoziumların siyahısında 106 konfrans içərisində Türkiyənin 100-illik yubileyinə həsr olunmuş musiqi mədəniyyəti ilə bağlı Beynəlxalq konfrans yalnız Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunmuşdur. Təbii ki, bu qardaş ölkənin musiqi mədəniyyətinə dərin hörmət və ehtiramın təzahürüdür. Çıxışlara keçməzdən əvvəl xüsusilə açılış günü üçün hazırlanmış videoslayd təqdim edilmişdir.
Olduqca möhtəşəm təşkil olunmuş konfransda iştirakçılar biri-birindən dəyərli məruzələrini təqdim etdilər. Sonradan konfransın işi mövzulara müvafiq bölünmüş seksiyalarda davam etdi.
Elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent:N.İsmayılzadə
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.