Əsli Əhmədova:
Çantaları özündən ağır uşaqlar
Gün gələcək uşaqların çantaları özləri daşıya biləcəkləri qədər yüngül olacaq, qərar veriləcək ki, şagirdlərin təhsili olsun amma bellərində kifoz, skleroz və s. yaranmasın, dərs ağırlığından beyinləri yüklənməsin, təhsil alarkən sağlamlıqları zədələnməsin....
Gün gələcək "Sağlam bədəndə sağlam ruh olar" şüarı ilə uşaqları zərərli vərdişlərdən(tel, planşet, komp. oyunlarından) uzaq tutacaq layihələr, planlar hazırlanacaq. Məsələn, şahmat, idman, rəsm, rəqs kursları uşaqlar üçün ödənişsiz və ya güzəştli olacaq...onların bu aktivitələrdən yararlanmağa vaxtları olacaq...Gün gələcək onların yediklərinə içdiklərinə önəm veriləcək, insan kapitalının nə qədər dəyərli olduğu anlaşılacaq...Gün gələcək qazlı-rəngli içkilərin, paketli yeyəcəklərin, broler toyuqların, dönərlərin, çipsilərin və s. onlara nə qədər zərər olduğunu dərk edən uşaqlar özləri ondan imtina edəcəklər....Gün gələcək ildən -ilə sənayenin inkişafı, müasir tikililər, yaşıllıqların məhv edilməsi, iqlim dəyişikliyi və s. xəstəliklərin çoxaldığını görənlər təmiz hava, təmiz su, təmiz qida deyib haray salacaqlar...şəhər ətrafında yaşamağa meyil edəcəklər...
Gün gəlsin artıq...."Sağlam bədəndə sağlam ruh olar" amma gələcəyimiz olan övladlarımız gözümüzün önündə necə böyüyürlər? nə sağlam qidalanmır, nə sağlam mühitdə böyümür, nə də sağlam təhsil almır....hələ bu yazıdakılar yaşananların ən yumuşaq formasıdır...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.