Araz Məmmədov:
Teatr Muzeyində H. Cavidin anım günü,gənc rəssam Fidan Cəfərovanın ədibə həsr etdiyi kitabının təqdimatı keçirilib
AZPRESS.AZ xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 26 oktyabr 2023 - cü il tarixində saat 15 : 00 - da görkəmli dramaturq, şair, filosof Hüseyn Cavidin anım gününə, həmçinin gənc rəssam Fidan Cəfərovanın ədibə ithaf etdiyi “Yarasaların gözünü kor edən” kitabının təqdimatına və sərgisinə həsr olunmuş tədbir keçirilib.
Anım günündə Cavid irsi ətrafında söhbət aparılıb, tədqiqatçı alimlər dramaturqun əsərləri və tamaşaya qoyulmuş pyesləri ilə bağlı çıxışlar edib, eyni zamanda kitabın ərsəyə gəlməsi ilə əlaqədar müəllifin və rəyçilərin fikirləri dinlənilib. Tədbir çərçivəsində muzeyimizin fondunda qorunan və Hüseyn Cavid yaradıcılığını əks etdirən eksponatlardan ibarət videoçarx nümayiş olunub, şairin şeirləri səsləndirilib, həmçinin Fidan Cəfərovanın Cavid mövzusunda rəsmləri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ – tətbiqi sənət kafedrasının dosenti sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Əməkdar rəssam Vüqar Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, rəssam Səmədağa Cəfərov və heykəltaraş Kamran Əsədov çıxış edərək gənc rəssamı təbrik etdilər.
Auditoriya incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqları, muzey əməkdaşları və media nümayəndələrindən ibarət idi.
Sonda xatirə şəkilləri çəkilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.