Məsud Əfəndiyevin yubileyinə həsr olunmuş konsert keçirildi
23 oktyabr 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Almaniyada yaşayan riyaziyyatçı alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Humboldt mükafatı almış ilk azərbaycanlı, professor Məsud Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirildi.
Tədbirdə öncə Azərbaycan Respublikasının Xalq artisti, dünya şöhrətli pianoçu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Məsud Əfəndiyevi yubiley münasibətilə təbrik edərək, can sağlığı, yaradıcılığında uğurlar arzu etdi. Sonra tədbiri açıq elan etdi.
Zəngin konsert proqramında Baku Chamber Orchestranın (Bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Direktor: Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru professor Yeganə Axundova, Baş dirijor: Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov) müşayiətilə Üzeyir Hacıbəylinin "Arazbarı", Qara Qarayevin "İldırımlı yollarla" baletindən Ehtiraslı qızların rəqsi, Niyazinin "Arzu" (Solist: Xalq artisti Gülnaz İsmayılova), Üzeyir Hacıbəylinin "Sevgili canan"
(Solist: Qarabağ müharibəsi döyüşçüsü, Prezident Gənclər mükafatçısı, Bolşoy teatrın Gənclər truppasının ilk azərbaycanlı solisti, İtaliyanın San Carlo teatrının gənclər truppasının solisti Atəş Qarayev), Xalq mahnısı "Qaragilə" (orkestr üçün işləməsi Niyazinindir,
Solist: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Arzu Əliyeva), Fikrət Əmirovun "Min bir gecə"balətindən Şəhrizadın bayramı, H.Rzayevin "Çahargah" (Solist: Əməkdar artist Əliağa Sədiyev), Antoni Vivaldinin "İlin fəsilləri" konsertindən “Yay” (Solist: Beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlı), Fərhad Bədəlbəylinin “Dəniz” (Solist: Azərbaycan və SSRİ xalq artisti Fərhad Bədəlbəyli), Müslüm Maqomayevin “Azərbaycan” (Solist: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Mahir Tağızadə), Niyazinin “Qaytağı”, Xalq mahnısı “Dağların başı”
(Solistlər: Respublikanın Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov; Müşayiət edirlər: Əməkdar artist Əliağa Sədiyev, Xalq artisti Elşən Mansurov, Əməkdar artist Kamran Kərimov), Xalq mahnısı “Bəri bax” (Solist: Teyyub Aslanov), Xalq mahnısı “Əlimi bıçaq kəsibdi” (Orkestr üçün işləyəni Ceyhun Allahverdiyev, Solist: Nəzakət Teymurova), “Qarabağ şikəstəsi” ritmik muğamı (Orkestr üçün işləyəni Ceyhun Allahverdiyev;Solistlər: Nəzakət Teymurova, Teyyub Aslanov) əsərləri dinləyicilərə təqdim olundu.
Sonda Məsud Əfəndiyev Fərhad Bədəlbəyliyə, musiqiçilərə, konsertin təşkilində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.
Konsert gecəsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.