Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.
İstintaq zamanı təqsirləndirilən İran vətəndaşı Tehran Cinayət Prokurorluğunun 1-ci şöbəsinin müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertizasına göndərilib.
O, Tehran Kəşfiyyat Polisinin 10-cu İdarəsindən Tehranın məhkəmə tibbi ekspertizasına aparılıb və dünənə qədər bir neçə saat psixoanalizdə müayinə olunub. Məhkəmə-tibb ekspertləri Azərbaycan səfirliyində terror törədən şəxsin vəziyyətini açıqlayan zaman bildiriblər ki, orta yaşlı kişidə psixi pozğunluqlar, o cümlədən şizofreniya var.
Cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir. Buna görə də o, bir ay müddətinə Tehrandakı ruhi xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.