Sənin həsrətinlə illər uzunu,
Axtardım dünyanı, gəzdim dünyanı.
Gözəlim, əvəzsiz həmayıl bilib,
Sənin saçlarından asdım dünyanı.
Dolaşdım bir sevgi girinci kimi,
Mən səni tapmışdım bir inci kimi,
Bir ömrün xoşbəxtlik sevinci kimi,
Sənin gözlərindən üzdüm dünyanı.
Uydum, yaman uydum sənin sözünə,
İsinə bilmədim sevgi közünə,
Mən həsrət qalandan qara gözünə,
Qara gözlərinə yozdum dünyanı.
Sevgi ömrümüzdən illəri silib,
Gülüb, həsrətinə ürəkdən gülüb.
Gözəlim, göyləri ağ vərəq bilib
Mən sənin adına yazdım dünyanı.
Tənhayam, sevənə sevgisi – zindan,
Sevirsə, nicatsız dustaqdır insan.
Qürbətdə ah çəkib, eyləyib fəğan,
Qocaldım, ömrümdən pozdum dünyanı.
Oktyabr, 1998
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.