31 iyul 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
1. Ana Səhifə
2. Mədəniyyət
YADA DÜŞƏN XATİRƏLƏR Mədəniyyət

Rafael Hüseyn: ONUN ÜRƏYİNİN İRİ GÖZLƏRİ ya BİZİM KƏNDLİ VAQİF ƏLİXANLI

1 il əvvəl 4223 01

Rafael Hüseyn:

ONUN ÜRƏYİNİN İRİ GÖZLƏRİ ya BİZİM KƏNDLİ VAQİF ƏLİXANLI

Gördüm ki, dostlardan biri oktyabrın 13-də növbəti ad günü gələn Vaqif Əlixanlını təbrik eləyərək ona fəxrlə “kəndimizin tanınmış ziyalısı” deyir.

Əlbəttə ki, tamam qubalıların, oradakı gözəl Yerfi kəndinin ellik camaatının Vaqif Əlixanlı kimi parlaq bir qələm sahibi və düşüncə adamının məhz onların həmkəndlisi, həmyerlisi, ellisi olması ilə iftixar etməyə haqqı var.

Amma Vaqif həm də mənim həmkəndlim, həmyerlim, ellimdir.

Baxmayaraq ki, nə Qubadanam, nə də, təəssüf ki, indiyəcən bircə dəfə belə Yerfiyə ayağım dəyib.

Vaqif Əlixanlı – qələminin işığı, düşüncəsinin genişliyi, bütöv yurdun hər qarışına məhəbbəti ilə bütün Azərbaycanınkı olan ən seçkin aydınlarımızdandır və indi yox, çox onillər bundan öncədən həm də mənim kəndlimdir, ortaq dəyərləri bölüşən, bu millətin və torpağın dünəninə ən dərin sayğı bəsləyən, bu xalqın sabahkı daha xoşbəxt günlərini qəlbən, səmimiyyətlə arzulayan çox-çox fikirdaşımızın, duyğu, məslək, əqidə ortağımızın həmkəndlisidir.

Doğulduğumuz, yalın ayaqlarımızla istisini canımıza çəkdiyimiz dədə-baba yurdumuz, böyüdüyümüz kənd bizimçün ilk balaca yuvamızdır.

Ancaq dünya özü nə boydadır ki!

Qanadlarımız bərkiyincə qanadlanıb yeni üfüqlərə doğru uçmağa başlayırıq və asta-asta əsl yuvamızın elə Azərbaycan boyda olduğunu anlayırıq.

(Təbii ki, heç də hamımız yox! Elələri var ki, axıracan nəinki Vətən, lap dünya da onlara elə öz evi, ailəsi, məhəlləsi iriliyində qalır!).

Vaqif, gerçək Yuvasının Azərbaycan olduğunu lap cavan yaşlarından dərk etmiş, bu Yuvanı Allahın ona verdiyi qabiliyyətlər hesabına bir az da gözəl etməyə daim can atmış insandır.

Pərvərdigarın ona bağışladığı sərvət, bacarıq, imkansa qələm idi, dünyanı və insanları içəridən görmək bəsirətliliyi idi, görüb-duyduqlarını canayatan bir biçimdə sözə, yazıya çevirə bilmək ustalığı idi.

“Ustalığı” yazıram ona görə ki, fitrətdən gələn bir peşəkarlıq Vaqifin ən köhnə yazılarında da görünməkdədir və illər sadəcə yazısını, ifadəsini bir qədər də cilalı, pardaqlı, rəvan edib.

Ustalığısa elə həmin başlanğıcdan gələndir!

Söz yox, illər səni vaxt ötdükcə daha bişkin, daha dərin edir. Lakin ustacasına yanaşa bilmək mayanda yoxsa, bunu sonralar nə oxuyub-öyrənmək, nə təcrübə ilə qazanmaq mümkündür. Ustacasına, müdrikcəsinə, qabilliklə hansısa işin qulpundan yapışa bilmək elə istedadın özü kimi Tanrıdan insana nəsib olan paydır.

Vaqifi mən ilk dəfə məktəbliykən, 1969-cu ildə oxumuşam.

“Qobustan” dərgisinin ilk sayı buraxılmışdı və onu nə səbəbdənsə qəzet köşklərində deyil, kitab dükanında satırdılar. Bir tərəfə baxanda elə düz də eləyirlərmiş. Çünki bu məcmuə rəngarəngliyi, dolğun məzmunu ilə adətkərdəsi olduğumuz jurnallardan daha çox, elə oxunaqlı kitaba bənzəyirdi.

Gənc rəssam Səhhət Veysov haqda Vaqif Əlixanovun yazısı “İri gözlü uşaq” adlanırdı.

Adından tutmuş gənc rəssamda nələri görməyinəcən, müşahidələrini sözə nə təhər döndərməsinəcən hər şey təzə idi.

Ənənəvi mətbuat dili və üslubumuza oxşamayan bir yenilikçi tərz!

Heç kim Vaqifə deməmişdi belə yaz, bu cür təsvir elə, Səhhətin bu tərəflərini aç.

Bu, Vaqifin özündən, içərisindən gələn bir yanaşma idi və asta-asta Anarın hər cəhətdən yeni və yenilikçi toplusunun ətrafına Vaqif ruhunda olanlar daha çox yığıldı, bu cür düşünüb bu cür görən və bu cür də yazanlar Qobustan”ı “Qobustan” etdilər, bu ünvan 1970-ci illərin təzə nəfəsli qələm sahiblərinin, ziyalılarının özəl bir ocağına, ürəkboşaltma meydanına çevrildi.

(Vaqif danışır ki, Səhhət haqqındakı bu jurnal yazısından əvvəl onun Azərbaycan radiosunda da eyni mövzuda başıbəlalı bir verilişi olubmuş.

Niyə başıbəlalı?

Elə tanış olduğu ilk günlərdən həm sənətinə, həm zəkasına valeh olduğu 14 yaşlı rəssamın Moskvada sərgisinin açılacağı xəbərini eşidəndə Vaqif Televiziya və Radio Verilişləri Komitəsinin sədrinə və müavininiə, çalışdığı redaksiyanın rəhbərinə müraciət edir. Nə illah edirsə ki, bu mədəniyyətimizdən ötrü çox əlamətdar hadisədir, Səhhət Veysov gələcəkdə məşhur sənətkar olacağını bənzərsiz əsərləri ilə indidən büruzə verən qeyr-i adi rəssamdır, müdiryyətin ürəyi yumşalmır. “Olmaz!” deyib dururlar. Təkcə bilavasitə müdiri olan və ifrat ehtiyatlı, suyu da üfürə-üfürə içən, lakin hər halda belə bir mövzuda verilişin hazırlanmasının faydalı ola biləcəyini özündən yuxarıdakılardan daha düzgün dərk edən Rauf İsmayılov qayıdır ki, mirzə, getməyinə get, amma mənim bu işdən xəbərim yoxdur!

Ezamiyyət verilmir və üçügünlüyə, öz hesabına Vaqif Moskvaya uçur. Sərgi paytaxtda çox qızgın maraq doğurur. Amma işin tərsliyindən Vaqifin Bakıya qayıdacağı gün Moskvada hava qəfildən korlanır, təyyarələr uçmur, o naəlac qalaraq Azərbaycanın həmin dövrdə SSRİ paytaxtındakı daimi nümayəndəliyinin başçısı işləyən Cəmaləddin Maqomayevə müraciət edir. O da dərhal dəstəyi qaldıraraq Bakıya, Nazirlər Covetinin birinci müavininə ə zəng vurur, söyləyir ki, sağ olsun respublika radiosu, gənc Azrbaycan rəssamının Moskvada açılan sərgisini işılandırmağa ayrıca müxbir göndərib. Amma indi burda çovğundur, təyyarələr havaya qalxa bilmir, bütün uçuşlar təxirə salınıb, bu jurnalistin ezamiyyətinin bir neçə gün artırılmasına kömək edin.

Nazirlər soveti sədrinin müavini öz növbəsində zəng vurur komitə sədi İmran Mirzəyevə, o da müavini Cığatay Şıxzamanova, o da Rauf İsmayılova.

Üzə çıxır ki, ezamiyyət nədir, heç Vaqif Əlixanlının Moskvaya getməyə icazəsi də olmayıb. Aləm dəyir bir-birinə.

Uzun sözün qısası, işdən çıxarmaqla hədələsələr də, guya rəhmə gələrək şiddətli təhmətlə kifayətlənirlər.

“Olmaz!” deyiləndən sonra başını aşağı salıb öz işləri ilə məşğul olsaydı, dikbaşlıq edib kasıb cibi ilə Moskvaya getməyə qərar verməsəydi, nə o töhmət olardı, nə də digər qanqaraçılıqlar. Di gəl, onda da Vaqif Vaqif olmazdı və bəlkə də az sonra Sıhhət Veysov haqqında da o cür əks-sədalə yazı ortaya çlxmazdı).

Çərçivələri sındıran, basmaqəlib, nimdaş dəsti-xətti bir qırağa ataraq yeni yol tutanların, səmt küləyinə çevrilənlərin önündə gedənlərdən idi Vaqif.

Mən Azərbaycan Radiosu və televiziyası ilə əməkdaşlığa elə tələbəlik illərimdən, 1970-ci illərin əvvəllərindən başlamışam.

O zaman Vaqif Radionun ədəbi-dram verilişləri baş redaksiyasında çalışırdı.

Həmin üslubu, həmin zövqü, yol-yolağanı, həmin səliqəni ki onda “Qobustan”dakı yazısından müşahidə etmişdim, burada da davam etdirirdi.

O dövrdə mən əsasən musiqi redaksiyası üçün yazırdım. Lakin sonra başladım həm də Vaqifin bilavasitə rəhbərlik etdiyi şöbənin xətti ilə hazırlanan “Sənət haqqında hekayələr” silsiləsindən verilişələr yazmağa. Bir müddət sonra isə həm də aydakı dörd “Bulaq”dan birinin müəllifi mən oldum.

“Bulaq”da üzdən çoxlarına bəlkə də görünməsə də, Mövlud üslubu ilə, Vaqif xətti bəzi çalarları ilə seçilirdi. Mövluddakı kəndlə, Vaqifdəki kəndin də, ondakı və bundakı danışıq, deyim tərzinin də fərqi vardı. Və mənə Vaqifin yolu daha yaxın, daha məhrəm gəlirdi. Çünki bu xəttdə həm kənd vardı, həm də bir az şəhər dalğası. El sözü, folklor irsi ikinci təqdimatda mənə daha cazibəli, daha hamıyaçatar, əskiliyi hifz etməklə həm də daha müasir ovqatlı kimi görünürdü.

Ona görə mən də o sayaq yazırdım.

Vaqif Azərbaycan Radiosunda da ənənə yaradanlardan oldu.

Bəsitlikdən, əyalətçilikdən uzaq, intellektin hər cümlədə duyulduğu, amma hər adi dinləyicinin rahatca qavrayacağı şirin, əlvan dil, yöndəmsiz deyiliş hoqqabazlıqlarından təmizlənmiş axıcı dil!

Və bir-birindən lazımlı mözuların seçimi, onların yüksək səriştə ilə təqdimi.

Həmin indi xeyli uzaqda qalmış, yaradıcılıq eşqi ilə dolu, sabahlara ümidlərlə çağlayan, qaynar, istedadlı insanların da sanki xeyli bol olduğu illərdə Vaqif həm də həyatdakı ən böyük xoşbəxtliklərindən birini tapdı.

Elə bizim kimi radionu sevən, o çağlar mehriban səsi ilə “Sabahınız xeyir” proqramlarında hər dəfə maraqla qarşılanan öz guşəsini aparan Şəfəq xanım Vaqifin ömrünü şəfəqləndirdi.

Qovuşdular.

Vaqifin bir zamanlar Azərbaycan televiziyasında apardığı “Palitra” verilişi də unudulan deyil.

Azərbaycan televizyasında nitq mədəniyyətinin bəyənimli bir örnəyini nümayiş etdirıən Vaqif apardığı həmin verilişə dəvət etdiyi qonaqları da o dönəmdə efirimizdə dəb olan süniliklə dolu kağızdanoxuma məcburiyyətindən qurtararaq mətndənaralanma, sərbəst düşünüb-danışma vərdişlərinə alışdırırdı, sadə, etibar oyadan, inandıran, çəkici danışığı ilə qonaqlarını da bu cür adam balası kimi söhbət etməyə yönəldirdi.

Bu isə o vaxtlar o qədər də asan başa gəlmirdi.

Çünki efirə gedən hər cümləyə nəzarət vardı, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən, el arasında “Qlavlit” deyilən idarənin ayıq-sayıq əməkdaşları qırmızı qələmləri ilə hər veriıişin mətnini qollamalıydılar.

…İllər dəyişdi, Vaqifin sənədli-publisistik yazıları, sənət hekayələri ayrıca kitablara da çevrildi və anlaynalar onları da həvəslə, iştaha ilə, bir az da darıxmış olduqları, qəribsədikləri bu yazı tərzinin xiffəti ilə mütaliə etdilər.

Yəni o yazıların da hər biri Vaqifin zamanında hazırlamış olduğu, bir çoxu radio-televiziyaların səs və təsvir xəzinlərində saxlanan verilişləri kimi köhnəlməz, hələ bundan sonra da dönə-dönə qayıdılası incilərdir.

Ayrı-ayrı vaxtlarda Vaqif, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında da çalışıb, Mədəniyyət nazirliyində də, radio-televiziyalarda da. Harada fəaliyyət göstəribsə, hökmən ətrafında münbit bir mühit də əmələ gəlib. Çünki özünün heç vaxt bekar dayanmaması, müxtəlif ssenarilər, pyeslər, etüdlər yazması, keyfiyyətli bədii tərcümələr etməsi, maraqlı layihələr irəli sürməsindən savayı, Vaqif həm də daim qabiliyyətlilərə də xeyirxahlıqla yol açıb.

Vaqifin tərcüməsində bir neçə çox məşhur yazıçının səhnələrdə də oynanmış pyeslərinin son dərəcə sağlam, şirəli, ahəngdar, ölçülü-biçili dili haqqında düşünürkən bədii tərcüməçiliyimizdə, xüsusən, film dublyajı sahəsindəki qanqaraldan hazırkı umulmaz durum da xəyalımdan keçir.

Saysız yaradıcılıq problemlərinin mühasirəsi və əsarətində olan, peşəkarlıq qıtlığından əziyyət çəkən müasir radio-televiziya məkanımız istər bu, istərsə də bir sıra digər mühüm sənət məsələləri ilə əlaqədar Vaqif Əlixanlı kimi bu sahədə can qoymuş, zəngin bilik və təcrübələri olan insandan gərək israrla yararlana.

..Vaxtım az , macalım dar olmasaydı, lap çox yazardım, çünki Vaqifin bir insan, dost, yaradıcı olaraq məziyyətləri o qədər boldur ki, elə hərəsindən 2-3 səhifə yazsan, iri kitab alınar.

Niyə də yazılmasın ki, belə kitab?

Mənim növ-növ qayğılarım çox, vaxtım azdır, amma bu nəcib işi görməyə bacarığı da, qələminin gücü də çatanlar az deyil axı!

Əziz Vaqif müəllim, dəyərli qardaşım!

Səni, yalnız qubalıların, yerfililərin deyil, bütün azərbaycanlıların, həm də yalnız butaylı və otaylı yox, dünya boyuncakı bütün soyadşlarımızın HƏMKƏNDLİSİNİ, ELLİSİNİ, ÜRƏKDAŞINI bu əziz gündə ürəkdən təbrik edirəm!

Bu günə “əziz” deyirəm ona görə ki, hər qiymətli azərbaycanlının dünyaya gəldiyi gün tarixi mənası olan, vacib bilinməyə, əziz sayılmağa layiqdir!

Tanıdığım 40 ildən artıq müddətdə mən Vaqif Əlixanlını elə yada saldığım qədimi yazısının sərlövhəsinə çıxardığı sayaq İRİ GÖZLÜ UŞAQ kimi gördüm.

Hər əməlində və yazısında uşaq kimi saf, səmimi ürəyinin İRİ və İTİ GÖZLƏRİ ilə həqiqətlərin dərinini görməyi bacaran!

...Bu gün, 2018-ci il oktyabrın 13-ü Vaqifin sadəcə növbəti ad günü deyil, həm də yubileyidir.

Hər halda 75 yaş elə yuvarlaq, ciddi hesabat mərhələsi sayılası ildönümüdür ki, gərək haradasa qeyd də edilə, bu qədər xidmətləri olan yazıçı, dramaturq, publisist, mədəniyyət təşkilatçısı, tanınmış ziyalı məxsusi dəyərləndirilə də.

Təbrik etməkçün Strasburqdan zəng vurmuşdum və telefondan Vaqifin öz səsindən əvvəl hay-küy sədaları, şən qışqırıqlar, gülüşlər eşidildi.

Lap əsl yubiley təntənəsinə yaraşan səslər qarışığı.

Evdəydilər, nənə-baba - Şəfəqlə Vaqif nəvələrin böyründə, dünyadakı bayramların ən gözəlinin içindəydilər.

Kim bilir, bəlkə ən yaxşı, ən təmtəraqlı yubiley məclisi elə budur!

Əziz Vaqif! Şəfəqinlə, balalarınla, qələminlə birgə çox yaşa, sağlam, fərəhli, uğur içində yaşa, bizi yeni əsərlərinlə sevindirərək yaşa!

P.S. Gərək bir dəfə Vaqiflə kəndimizə gedək -- Qubaya, Yerfiyə!

P.S. Mən bu yazçını 5 il əvvəl, oktyabrın 13-də Strasburqda yazmışdım. İş elə gətirib ki, yenə ordayam və Vaqif də gəlib çatıb 80-ə, doğmalar, dostlar arsında o günü mənsiz qeyd edir. Amma qayıdıram və yalnız Vaqif Əlixanlının deyil, əslində düşüncə həyatımızın və mədəni gerçəkliyimizin xoş hadisəsi olan bu yuvarlaq ildönümünü 2-23-cü il bitənəcən hələ neçə dəfə qeyd edəcəyik. Yəqin mənə də onlardan hansılarındasa iştirak etmək nəsib olar.

Mübarək olsun!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

“Nağıllar aləminə səyahət” layihəsinə yeni nağıl təqdim olundu +VİDEO

John Doe 1 il əvvəl

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

BMA-da tələbələrin ifasında konsert keçirilib +FOTO=7

John Doe 1 il əvvəl

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

Böyük rus dramaturqu A.N.Ostrovskinin 200 illik yubileyinə həsr olunmuş videoçarx hazırlandı +VİDEO

John Doe 1 il əvvəl

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

BMA-da “Seçmə fənn: Bəstəkarlıq” fənni üzrə açıq dərsi keçirilib +FOTO=6

John Doe 1 il əvvəl

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

Napoleonun papağı 1 milyona hərraca çıxarılacaq

John Doe 1 il əvvəl

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

“Zəfərin mübarək, Vətən!” adlı orqan musiqisi axşamı keçirilib +FOTO=5

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com