Rusiyanın ən gözəl qızı o oldu
Rusiyanın ən gözəl qızı seçilib.
Oktyabrın 8-də Moskvada "Miss Russia 2023" müsabiqəsinin finalı baş tutub.
"Barvixa Luxury Village" konsert zalında baş tutan gecədə Sankt-Peterburqlu Marqarita Qolubeva Rusiyanın ən gözəl qızı seçilib.
O, müsabiqədə iştirak etmək üçün müraciət edən 85 min rəqibini üstələməyi bacarıb və ölkənin ilk gözəli olub.
Rusiyanın müxtəlif bölgələrindən yarışmaya qatılan 50 finalçı arasından seçilən milli gözəllik müsabiqəsinin qalibini müğənni Dmitri Malikov, müğənni Tatyana Kotova ("Miss Rusiya 2006”), teleaparıcı Oksana Fedorova ("Miss Rusiya 2001”, "Miss Kainat 2002”), dizayner İqor Çapurin və bəstəkar Vladimir Matetskinin yer aldığı münsiflər heyəti müəyyənləşib.
Gecədə Tac və bir milyon rubl mükafatı 22 yaşlı Sankt-Peterburq sakini Marqarita Qolubevaya, birinci vitse-miss titulu Togliattidən Yelizaveta Dudinaya, ikinci vitse-miss titulu isə yakutiyalı Lyubov Xoxolovaya verilib. Qolubeva ifası və həyat haqqında söylədiyi nitqi ilə münsiflər heyətini heyran etməyi bacarıb və ən böyük arzusunun nə vaxtsa müxtəlif təbəqələrdən olan uşaqların təhsil ala biləcəyi vokal məktəbi açmaq olduğunu bildirib.
"Miss Rusiya" Qolubeyeva kimdir?
Marqarita çoxuşaqlı ailədə doğulub. Jurnalistlərlə söhbət zamanı o, dörd uşağın ən böyüyü olduğunu, anasının həkim, atasının isə mühəndis olduğunu açıqlayıb.
2021-ci ildə Marqarita "Səs" şousunun onuncu yubiley mövsümündə iştirak edib, lakin birinci mərhələdə məğlub olub. Məhz bundan sonra o, Moskva Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub və Larisa Dolinadan dərs alıb. O, eyni vaxtda iki universitetdə - Rusiya Gömrük Akademiyasında və Moskva Dövlət Mədəniyyət İnstitutunun Musiqi Sənəti fakültəsində təhsil alıb.
Qaydalara əsasən, müsabiqədə yaşı 18-dən aşağı və 23-dən yuxarı olmayan, boyu 173 santimetrdən aşağı olmayan və döymələri olmayan iştirakçılar iştirak etməlidir. "Miss Rusiya" subay, boşanmamış və uşaqsız olmalıdır. Qalibin bir il ərzində ictimai və xeyriyyə tədbirlərində iştirak etməli olduğundan, yarışmaya qatılan iddiaçıların çoxunun öyünəcək uğurları var idi. Onların bəziləri idmanda, bəziləri yaradıcılıqda, bəziləri isə hətta elmdə böyük uğurlar qazanıblar.
Bütün bunlara baxmayaraq tədbir qalmaqalsız ötüşməyib.
Səsvermə zamanı tamaşaçılar və azarkeşlər müsabiqənin saytına daxil olaraq iştirakçılara səs verə biliblər. Lakin buna baxmayaraq onlayn səsvermə ilə bağlı qalmaqal yaşanıb. Qalmaqala səbəb isə yüklənmənin çoxluğundan səhifənin xəta verməsi və fanatların səs verə bilməməsi olub.
Qeyd edək ki, qalibə hədiyyə olunan tac, II Nikolayın həyat yoldaşının diademinin oxşarıdır. Qalibin hazırkı tacı 2018-ci ildə imperator II Nikolayın həyat yoldaşı İmperator Aleksandra Fedorovnanın diademi əsasında yaradılıb. Onun forması kilsə günbəzlərinin konturlarını əks etdirir. Dəbdəbəli aksessuar ağ qızıldan hazırlanıb, "qübbələrin” üzəri 203 ədəd inci ilə bəzədilib. Qiymətli daşların naxışları Rusiya bayrağının rənglərinə uyğunlaşdırılıb, tacın təxmini dəyərinin bir milyon dollardır (təxminən 100 milyon rubl) olduğu bildirilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.