Xalq şairi Vahid Əziz “Könül həmdəmim” şeirini kitabxanaya təqdim etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, tərcüməçi, Azərbaycan Respublikasının xalq şairi, AYB-nin, AJB-nin üzvü Vahid Əziz kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Könül həmdəmim ” şeirini təqdim etdi.
Müəllif “Könül həmdəmim” şeirində yaxşılıqlardan, insani keyfiyyətlərdən, kinin, nifrətin bir tərəfə atılıb sevgiylə yaşamağın vacibliyindən danışır. Yaxşılığı və pisliyi insanlar görməsə də, Allahın gördüyünü, hamının bir-birində haqqı olduğunu vurğulayır. Şeiri oxuduqca insan öz qəlbini Ulu Yaradana bağlayıb, sevgi ilə yaşamağın vacibliyini düşünür.
KÖNÜL HƏMDƏMİM...
Hər kəsin bir doğma könül həmdəmi
üstündə, qoruyub, mehtək əsirəm,
Hərdən unudulmuş yaxşılıq kimi,
özüm-öz içimdə məmnun gəzirəm,
Baxdım – "Çərxi-Fələk" qalxıb-enəndə,
nə cürə desələr sifət görmüşəm,
Qayğımdan yetimdə sevinc görəndə –
xəyalən şənimə Saray hörmüşəm,
Nədən çox yaşadar Dünya bayquşu?
Axı, ruhumuzu bülbül oxşadı,
Gülüm, yaxşılığın unudulmuşu,
qəlbləri çürüdən kindən yaxşıdı!
Ömrümə şərikdir "olumla-ölüm",
Haqqın nə oxşarı, nə də tayı var,
Bil ki, hər insanın cibində, gülüm,
başqa birisinin qismət payı var.
Atın bir tərəfə nifrəti, kini,
Abrımın üstündə mehtək əsirəm,
Hərdən unudulmuş yaxşılıq kimi,
əlindən tutmaqçün bədbəxt gəzirəm,
Korla da görüşsən təbəssümlü ol,
Aca harınlamış küçük də hürür,
"Kor üçün fərq etməz"– düşünmə, oğul,
Mayıf görməsə də Tanrı ki, görür...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.