Fariz Xəlilli:
Nərgizava arxeoloji ekspedisiyası Gəgəli kəndində tədqiqatları davam etdirir
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndində tədqiqatları davam etdirir.
Nərgizava arxeoloji ekspedisiyası üzvləri "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları üçün təlim keçiblər
"Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları - abidə mühafizəçiləri, ekskursiyaçılar, texniki işçilər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə Ağsu rayonu Gəgəli kəndində yerləşən Nərgizava abidəsində aparılan arxeoloji qazıntıya qatılıblar. Arxeoloqlar əvvəlcə qoruq işçilərini qazıntı işi ilə əlaqədar təlimatlandırılıblar. Sonra qoruq işçiləri arxeoloji qazıntının hazırki vəziyyəti və qazıntı işinin gedişi ilə tanış olublar, onlara ekskursiya keçilib. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Elmira Abbasova qoruq işçilərinə Nərgizavada arxeoloji tədqiqatların tarixi, Qafqaz Albaniyası arxeoloji abidələrinin xüsusiyyətləri, qəbir abidələrinin öyrənilməsi üsulları, ekspedisiyanın əldə etdiyi ilkin elmi yeniliklər, tapıntıların sənədləşdirilməsi haqqında ustad dərsi - təlim keçiblər. Təlimə qazıntı işlərinə memar kimi cəlb olunan Ağsunun layihəçi-memarı Xanlar Hüseynov da qatılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.