Misirdə Afroditaya aid ziyarətgah tapıldı
Avropa Sualtı Arxeologiya İnstitutunun (IEASM) alimləri Misirdə Amon tanrısının batmış məbədi və bu tanrılarla əlaqəli xəzinələrlə dolu Afrodita ziyarətgahı aşkar ediblər.
IEASM tədqiqatçıları Misirin Aralıq dənizi sahilləri yaxınlığındakı kanalda araşdırma apararkən Amon məbədini kəşf ediblər.
Amon tanrısı üçün tikilmiş məbəd eramızdan əvvəl II əsrin ortalarında baş verən zəlzələ zamanı dağılıb. Abukir körfəzindəki qədim Tonis-Heraklion liman şəhərinin bir hissəsi olan bu məbədə fironlar öz güclərinin təsdiqini qədim Misir panteonunun ali tanrısından almaq üçün gəlirmişlər.
Dalğıclar gümüş ritual alətləri, qızıl zinət əşyaları və ətir və ya məlhəm saxlamaq üçün alebastr qablar da tapıblar.
Məbədin şərqində arxeoloqlar məhəbbət ilahəsi Afroditaya həsr olunmuş Yunan ziyarətgahı aşkar ediblər. Burada, həmçinin, çoxlu artefaktlar, o cümlədən xaricdən gətirilən tunc və keramika əşyaları, yunan silahları da var.
Bu, alimlərin qeyd etdiyi kimi, Sait sülaləsinin fironları dövründə (e.ə. 688-ci ildən 525-ci ilə qədər) yunanların şəhərdə ticarət və məskunlaşmalarına icazə verildiyini göstərir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.