“Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış şair, bəstəkar, tərcüməçi, AYB-nin və AJB-nin üzvü Xanım İsmayılqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə növbəti şeir təqdim etdi.
“Heç nə” şeirində müəllif öz narahatçılıgının səbəbini, özünün nə istədiyini gözlərindən, qəlbindən, ruhundan xəbər alır. Təəssüf ki, hər birindən “heç nə” cavabı alır. Şeirdə şairin daima cavabını axtarıb tapa bilmədiyi suallarını görürsən.
Heç nə
Öz Özümdən soruşdum,
Nə istəyir ürəyin?
Cavab verdi ki...
Heç nə...
Ürəyimdən soruşdum,
Niyə rahat olmursan?
Döyə-döyə sinəmi
atılmaq istəyirsən
gözə görünməzliyə?
Səfərin dönməzliyə?
Ürəyim cavab verdi...
Elə yerdi ki...
Heç nə...
Gözlərimdən soruşdum,
Nə görməkdi məqsədin?
Dünyanın şəkli səndə,
Hamı sənə boylanır,
Hər yerə yollanırsan.
Dolursan, boşalırsan,
Ağrın tökülür üzə,
Baxırsan süzə-süzə.
Gözlərim pıçıldadı...
Elə dərddi ki...
Heç nə...
Mən ruhuma üz tutdum.
Soruşdum ki, necəsən?
Sənin yerin necədir?
Mən ki, sənin qulunam.
İstəyəndə uçursan,
İstəyəndə qapını
bağlayırsan, açırsan.
Başımı, ayağımı,
Ölümə göndərirsən.
İstəyəndə sıxaraq,
Yumağa döndərirsən.
Axı qəsdin nədir, nə?
...Sığal çəkdi üzümə,
Nəfəs verdi ürəyimə, gözümə.
Çəkildi qəfəsinə...
Elə sirdi ki...
Heç nə...
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.