Osman Gündüz:
Karabakh Telecom hələ də qanunsuz fəaliyyətini davam etdirir
"Artsax"ın mobil rabitəsi və internet təchizatı Karabakh Telecom şirkəti üzərindədir.
Rabitə kanalları isə Ermənistan üzərindəndir. Geniş baza stansiyaları və xidmət mərkəzləri infrastrukturu var. Müharibədən sonra infrastrukturu yenidən bərpa ediblər.
Tariflərini şirkət deyil, separatçı rejim özü müəyyən edir.
İkinci Qarabağ Savaşında Arutunyan bu şirkəti Livanlı sahiblərindən - Fatuş qardaşlarından zorla ələ keçirib özəlləşdirmişdi.
Hazırda ərazimizdə qanunsuz fəaliyyət göstərən bu şirkətin kimə məxsus olması haqqında məlumat yoxdur. Güman ki, Karabakh Telecom-u indi də separatçıların yeni "prezidenti" Şahramyan ələ keçirər.
Düşünürəm ki, bu kommunikasiyanın da Azərbaycan qanunlarına tabe etdirməyin zamanı yetişib.
Karabakh Telecom -un 20 ildən çox qanunsuz fəaliyyətinə qiymət verilməli, xidmət üçün RİNN-dən lisenziya almalı, tezliklər bizim qurumlar tərəfindən ayrılmalı, trafikinə bizim qanunlar çərçivəsində nəzarət olunmalı və interneti də bizim magistral provayderlərdən almalıdır.
Ermənistandan gələn magistral rabitə və internet kanallarını bağlamaq və Ağdam istiqamətindən Xankəndinə yeni magistral xətlər çəkmək doğru olardı.
Əminəm ki, undan imtina etsələr də , internetdən imtina etməyəcəklər
Yəni, Ağdam -Xankəndi yolunun açılması ilə yanaşı, rabitə və kommunikasiyanın da Azərbaycan operatorları üzərindən olması təmin edilməlidir.
İnteqrasiyanı ərzaqdan deyil, rabitədən və internetdən başlamaq məntiqli olardı
Əminəm ki, bu addım, bircə gün rabitəsiz və internetsiz qalmaq oradakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və inteqrasiyası istiqamətində işləri xeyli sürətləndirəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.