Sənan Nəcəfov:
"Metropark"da bomba həyəcanının yaşanması nələrdən xəbərsiz olduğumuzu söyləyir?
Dünən "Metropark"da bomba həyacanı yaşandı. Bəlli oldu ki, onkoloji xəstəlikdən əziyyət çəkən belə bir "zarafat" edib. Amma bu hadisə bir çox məsələlərdən xəbərsiz olduğumuzu bəlli etdiyini deyə bilərik. Nəyi nəzərdə tuturam?
Bu gün orada olan dostlardan biri bir çox məqamı danışdı. Deyir ki,
- 1. Binada olanların evakuasiyası elan olunandan sonra parkingdən maşınlarını çıxartmaq istəyən sürücülərin sıxlığı yaranıb? Bilirsiniz nə səbəbə? Şlaqbaumlar ödəniş edilmədən açılmırmış. Əvvəla, terror təhlükəsi və bununla bağlı evakusiya elan olunubsa maşın dərdi çəkmək lazım deyil, ey sevgili millət, böyük insanlar. Çıxıb uzaqlaşmaq lazımdır. İkincisi, həmin alış-veriş mərkəzinin (AVM) rəhbərliyinin, təhlükəsizlik xidmətinin belə çətin məqamda ödənişi fikirləşməyi cinayətdir. Bu şəxslər insanların binanı dərhal boşaltmaları üçün hər cür şərait yaradılmasına məsuldular.
- 2. Binadakı liftlər işləyirmişlər. Olmaz!!! Qadağandır!!! Alış-veriş mərkəzinin rəhbərliyi adi təhlükəsizlik qaydalarını bilməli və onu dərhal tətbiq etməlidilər. İnsanları, oradakı işçiləri, digər personalı çıxışa yönəltməli şəxslər əvvəlcədən müəyyən olunmalı, müvafiq prosedurlar yerinə yetirilməlidir.
- 3. Ən qəribəsi insanlarımızda olan arxayınlıqdır. Binanı tərk edən insanların oradan uzaqlaşmaqdansa, binanın qabağına yığışıb gözləmələri ağılasığmazdır, əzizlərim. Orada dayanıb nəyi gözləyirlər? Bu film çəkilişi deyil ki?
- 4. Ətrafdakı binaların aşağı qatında yerləşən mağazalar heç nə olmamış kimi işlərini davam etdirmələri də məlumatsızlığın, bilgisizliyin göstəricisidir. Olmaz!
- 5. Belə AVM və bines mərkəzləri üçün bu tip hallarla bağlı təsdiq edilmiş prosedurlar var. Bunları diqqətlə oxumalı, bu yöndə bir neçə dəfə məşq etməli və belə böhran hallarında tətbiq etmək lazımdır. Saniyəbəsaniyə hər şey dəqiq ölçülüb, tətbiq edilməlidir. İndi arxayın olduğumuz polis, təhlükəsizlik və FHN gələndən sonra (onlar özləri işlərini bilirlər) məsuliyyət sizlərdən keçir.
Bəli, Azərbaycanda insanların rahat, firavan yaşaması üçün bütün tədbirlər görülüb və ölkədə asayişin pozulmasına heç vaxt imkan verilməz. Dövlət güclüdür, təhlükəsizlik və asayiş mühafizəçiləri öz işlərini ləyaqətlə yerinə yetirirlər. Lakin bu o demək deyil ki, bundan arxayınlaşmaq olar, bizi hər hansı təhlükə gözləmir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.