29 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə qaytarılır

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı

Ağdərə rayonu yenidən YARADILIR

Ağdərə rayonu yenidən YARADILIR

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Psixotrop dərmanları almaq üçün saxta resept hazırlayan dəstə üzvləri tutulub +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Narkotikin təsiri altında olan sürücü SAXLANILDI +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

Saxta dollar satan dəstə üzvləri saxlanılıb +VİDEO

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

İnstitut direktoru prorektorun qətlini sifariş verdiyinə görə HƏBS EDİLDİ

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Ulu Öndərin 100 illik yubileyi ilində qazanılmış tam Qələbəmizə həsr olunmuş hekayə kitabxanaya təqdim olundu

Heydər Əliyev və müstəqillik +FOTO=5

Heydər Əliyev və müstəqillik +FOTO=5

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

21-Cİ ƏSRİN 20 İLİ

21-Cİ ƏSRİN 20 İLİ

• Ordu-FHN
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Musiqi Şou Aləmi

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

İttifaq Mirzəbəyli: Mətbuat da hansısa bir dağ kimidir, İlqar Həsənov...

1 il əvvəl 1085 01

İttifaq Mirzəbəyli:

Mətbuat da hansısa bir dağ kimidir, İlqar Həsənov...

Bilirsən bu fikir hardan ağlıma gəldi? Sənin haqqında sonuncu yazını    (İraq olsun!)  qələmə almaq istəyəndə ( sənin ad günlərində on il ardıcıl olaraq nə isə yazan mərhum qardaşımız Məmməd Nazimoğlu rəhmətə gedəndə razılaşmışdıq ki, həmin yazıları növbəti on ildə İttifaq Mirzəbəyli davam etdirsin. Razılaşdıq, yazdım və dünən məlum oldu ki, Məmmədin vəfatından artıq 15 il keçir, Mirzəbəyli isə hələ də yazır. Yəni, kifayətdir. Yetər!) Jurnalistikamız haqqında xəyalən qurduğum bir piramidanı hansısa dağla müqayisə etmək istədim. Niyə?

Çünki dağın önü tarlalar, əkin-biçin yerləri, yalı otlaqlar, yaylaqlar, yamacı meşələr, bir az yuxarısı alp çəmənlikləri, sonra qayalıqlar, daha sonra daş-çınqıl, ovulan süxurlar, lap yuxarıda isə küləklərin, tufanların min illər boyu sındıra bilmədiyi əlçatmaz zirvələrdir. ( Milli mətbuatımızdakı  zirvələrin cəmi 150 yaşı olsa da...).  Mən hələ canavarlar ulaşan dərələri, daşqınlar törədən, evlər yıxan çayları, dağ "anadan olandan bəri" yaxasından axıb gələn,  hərənin bir ovuc da olsa içmək istədiyi bulaqları, zirvələrdən əskik olmayan qarı, buzu, gündə bir istiqamətə gedən buludu, dumanı,  çəni demirəm... Təbii ki, bu böyük sistemdə hər jurnalistin öz yeri var və nə yaxşı ki, həmin yeri heç kəs müəyyən etmir, Allah necə yazıbsa, o  da baş verir.

İndi mən müəyyən edə bilmirəm ki, İlqar Həsənov  mətbuat dağımızın hansı relyefi, yaxud elementi, amili, faktorudur ki, onun söhbətlərinə, hazırcavablılığına, nikbinliyinə, xoş ovqat yaratmaq imkanlarına hamı şərik olmaq istəyir? Hardasa oxumuşdum. Ernest Heminquey deyibmiş  ki, mütaliə insanı bilikli, söhbətcil və hazırcavab edir. Diqqət et, savadlı demədi haaa! Amma mən elə bilirəm ki, burada gen və ailə tərbiyəsi də az rol oynamır. Tarixdə o qədər genişmütaliəli adamlar olub ki. Biri oxuyub, oxuyub, sonra hansısa müharibəni başlayıb, biri geniş mütaliə nəticəsində kütləvi qırğın törədən silah yaradıb. Biri də... məlumatlı, söhbətcil, hazırcavab insan kimi tanınıb.

İndi oxucu fikirləşir ki, bu müəllif öz həmkarı haqqında onbeşinci dəfə nə isə yazırsa, mütləq arqumentləri tükənib və artıq nələrisə təkrar edəcək. Amma elə olmayacaq. Mən bu yazıda İlqar Həsənovun işdən və redaksiyadan kənarda şahidi olduğum bəzi keyfiyyətlərini qələmə alacağam.

... Beynəlxalq təşkilatlardan biri bizi - 10-15 nəfər azərbaycanlı jurnalisti öz vəsaiti hesabına kənd rayonlarımızdan birində tikilmiş obyektin açılışına dəvət etmişdi. Gedib gördük ki, İlqar Həsənov da oradadır. Tədbirin rəsmi hissəsindən sonra rayon rəhbərliyi Bakıdan gələn qonaqları nahar yeməyinə dəvət etdi. Bizi aparan maşınlar iaşə obyektinə çatanda mənim tanımadığım, qara  kostyumlu bir adam İlqar Həsənovun qoluna girdi və söhbət edə-edə onu jurnalistlərdən ayırdı.

Sonra məlum oldu ki, hörmətli qonaqlar üçün  açıq havada, jurnalistlərə isə restoranın anbarında süfrə açıblarmış. İlqarı da həmin alçaldıcı məqamdan uzaqlaşdırırlarmış. Anbarda əyləşdik və mən soğan kisələrinin yanında oturmağı özümə açıq təhqir hesab etdim. Ona görə də  səhhətimi bəhanə edərək oradan çıxıb xeyli aralıda,  bir kölgədə dayandım. Mənim həmin hərəkətimdən sonra bütün jurnalistlər çıxıb arxamca gəldilər. İcra başçısının müavini dərhal mənim başımın üstünü kəsdirdi ki, nə üçün təxribata yol verirsiniz? Qayıdın mətbəxə. Dedim, ora mətbəx yox, anbardır.  Bu məqamda icra başçısı ilə xarici qonaqların arasında əyləşmiş İlqar Həsənov qalxıb bizim yanımıza gəldi və… başçının müavininin israrına baxmayaraq, biz ambara qayıtmnadıq,  İlqar isə başçının sol tərəfindəki stuluna. Tək mən yox, bütün jurnalistlər onun həmkar təəssübkeşliyini  alqışladılar.

...Bilgəhə,  Xalq artisti, professor Ağaverdi Paşayevin atasının, ya da anasının dəfn mərasiminə getmişdik. Mən Ağaverdinin hər iki valideyninin hüznündə iştirak etdiyimə görə indi xatırladacağım faktın hansı yasda olduğunu dəqiq bilmirəm. Qərəz, biz yas məclisinə girəndə Tofiq Bakıxanov dedi ki, xanəndə  Tələt Qasımov bir neçə dəfə mənə deyib ki, Abbasqulu Ağadan yazan jurnalistlə tanış olmaq istəyirəm. Gedək, onu görək. Getdik, görüşdük və sonra Sahib Paşazadə məni AZTV əməkdaşlarının əyləşdiyi masaya apardı. Bu məqamda İlqar Həsənov da öz dostları ilə yas yerinə gəldi. Yenicə oturmuşdum ki, xidmətçi oğlan mənim bizdən xeyli aralıda olan bir stola çağırıldığımı dedi. Orada ən mötəbər musiqi təhsili ocaqlarından birini rəhbəri əyləşmişdi və həmin adam məndən öz kitabına rəy yazmağı xahiş edirdi.

Yəni məni iki adamın xahişi ilə başqa stola çağırdılar. İlqar Həsənovu isə... Orada olduğumuz saat yarımda beş, ya da altı adam qalxıb bizim stola gəlib İlqarla görüşdü, öpüşdü və xahişini edib getdi. Məclisdə, demək olar ki, onu tanımayan yox idi.

Yaxud, mərhum həmkarımız Rafiq Hacıyevin qırx məclisinə getmişdik. Yas yerinə gələnlər Rafiqin övladları ilə yanaşı İlqara da başsağlığı verirdilər. Mən sadəcə "Əstağfürullah!"-deməklə kifayətlənirdim.

Elə onun dəvətiylə getdiyimiz başqa bir tədbirdə  - Yazıçılar Birliyinin 85 illiyi münasibətiylə Opera və Balet Teatrında keçirilən mərasimdə də  olduqca mühüm məqamların şahidi olmuşduq.

Qərəz, bir məclisdə demişdim ki, İlqar Həsənov ölkənin ən yaxşı beş-on qələm sahibindən və  ən tənbəl iki-üç jurnalistimizdən biridir. Mənə dedilər ki, İlqar inciyə bilər. Bir-iki saat sonra hansısa rayondan zəng edərək dedi: Hacı, əhsən! Öz canım üçün sən həmişə düz danışmısan.

... Beləcə, həm Məmmədin, həm də İlqarın xatirinə üzərimə götürdüyüm vəzifəni köhnə "partkom" olaraq, 150 faiz yerinə yetirdim. Yeri gəlmişkən, iyulun altısı geridə qaldı və Məmmədin anım gününü qeyd edə bilmədik. Amma sentyabrın 28-də  onun doğum gününü məhz "Sarı qaya" restoranında qeyd etməyi planlaşdırırıq. Allah Məmmədə rəhmət eləsin, İlqara isə cansağlığı arzulayırıq. Deyəsən ona, ...hələ çox ehtiyacımız var.

İttifaq MİRZƏBƏYLİ,

Əməkdar jurnalist, kənd Xırdalan,

20 avqust, 2023-cü il.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

"Qızıl qələm" mükafatının təqdimatı dayandırıldı

John Doe 1 il əvvəl

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu

John Doe 1 il əvvəl

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

Faiq İsmayılov:  Bərpa işlərində peşəkarlıq çatışmasa səhvlər qaçılmaz olur

John Doe 1 il əvvəl

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

Elçin Mirzəbəyli: Minnətdar olmaq ləyaqəti

John Doe 1 il əvvəl

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

Faiq İsmayılov: Erməni mədəni-irsinin nümunəsi kimi təqdim edilən Dərəkənd abidəsi

John Doe 1 il əvvəl

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

Faiq İsmayılov: II Qaregin bildirib ki, Qarabağa dönmək üçün “mübarizə” aparacaqlar

John Doe 1 il əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Naxçıvan Ordusunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır +VİDEO

Naxçıvan Ordusunun ön xətt bölmələri qış...

22 noyabr 2023 10:43:22
• İraq Prezidenti İçərişəhərdə +FOTO=9}

İraq Prezidenti İçərişəhərdə +FOTO=9

21 noyabr 2023 17:00:06
• Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçirilən konfransın iştirakçılarına müraciət ünvanladı}

Prezident İlham Əliyev Bakıda dekolonizasiya ilə bağlı keçir...

21 noyabr 2023 12:59:11
• XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı brifinq keçirildi}

XİN-də Ermənistanın növbəti hərbi cinayət planları ilə bağlı...

20 noyabr 2023 22:58:49
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI

TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com