Kitabxanaya yeni yazılmış hekayə təqdim olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin üzvü Xanım Mehdixanlı “Meyvə bazarında” adlı hekayəsini kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə təqdim etdi.
Hekayədə müxtəlif ölkələrdən gətirilmiş çeşid-çeşid meyvələrlə və öz yerli məhsullarımızla dolu olan meyvə bazarından danışılır. Müəllif doğma torpağımızın, ana təbiətin bizə bəxş etdiyi bu gözəl, dadlı meyvələrin diliylə insanlara önəmli mesajlar verir.
Meyvə bazarında
Şəhərin məşhur “Meyvəli” adlı bazarına ilin hansı fəslində gəlsəniz piştaxtalarda yığılmış növbənöv meyvələr görərsiniz. Piştaxtaların gözəgəlimli yerində yerləşmiş müxtəlif ölkələrindən gətirilmiş gözəlliyi ilə göz qamaşdıran almalar, heyvalar, armudlar, gavalılar böyüklüyünə görə yerli meyvələri geridə qoyurdu.
Alıcılar toy-nişan xonçalarını bəzəməyə, qonaqlıq süfrəsini açmağa bu məşhur bazara üz tuturdu.
Piştaxtanın aşağı tərəfində düzülmüş yerli məşhur gülöyşə nar, xəstələrə şəfa olan “qızıl əhmədi” alması, “abbasbəyi” armudu, “ağ şanı”, “qara şanı” şipşirin üzümlər satıcı ilə alıcıların söhbətinə göz-qulaq olurdular.
Satıcı toy-nişan eşidən kimi birbaşa əcnəbi meyvələri tərifləyə-tərifləyə tərəziyə yığırdı.
Baxın sizə elə heyva verəcəm ki, heç bir yerində qaraltı yoxdur.
Bu üzümlər günlərlə qalsa belə xarab olmaz. Hələ bunlar azmış kimi kartofa oxşar kivini, tikanlı ananası da alıcıya tərəifləyirdı.
Bütün bunları dinləyən yerli meyvələr bikef olur və öz aralarında giley-güzar edirdilər. “Belə getsə vitaminlərimiz quruyacaq, heç kimə faydamız olmayacaq”. Meyvələrin şahı nar əsəbindən bir neçə yerdən partlamışdı. Almanın qəm-qüssədən bağrı qaralmışdı və gündən-günə qaraltı içində az qala kənardan bilənəc hala gəlirdi.
Heyva isə düşünürdü: “Bu xain qurd olmasaydı, artıq onu alıb nişan xonçasını bəzəmişdilər. Nədənsə əcnəbi ölkələrdən gəlmiş heyvalarda qurd olmur. Amma nə olsun? Əcnəbilər mənim kimi ətrili deyillər”.
Şaftalı kədərlə ah çəkirdi. “Əcnəbi şaftalılar mənim kimi tüklü deyillər. Yəqin insanların mənim tükcüklərimdən acıqları gəlir. Ah! Nə etməli, mən dünyaya belə gəlmişəm”.
Bu gün piştaxtaya yaxınlaşan on altıncı alıcı heç onlar tərəfə baxmadan əcnəbi meyvələridən seçib həvəslə alıb aparmışdı. Yerli meyvələri narahat edən əsas məsələ o idi ki, satıcı da alıcılara qoşulub həmin kauçuka oxşayan ətirsiz meyvələri tərifləyirdi.
Günortadan bir qədər ötmüş piştaxtaya yaxınlaşan alıcı satıcıya xəstə yanına getdiyini və ona yerli meyvə lazım olduğunu dedi. Bunu eşidən səhərdən alıcı yolu gözləməkdən yorulmuş meyvələr sevindilər. “Demək, bizim zəngin vitaminlərimizin olduğunu və xəstələrə şəfa olacağımızı bilən insanlar da var. İnsanlar ən yaxın insanları üçün bizləri seçirlər. Onlara əcnəbi ölkələrdən gətirilmiş meyvələr yalnız bəzək üçün lazımdır. Biz insanların sağlamlığı üçün hər kəsə lazımıq”.
Satıcı həvəslə yerli meyvələrədən böyük bir bağlma düzəldib alıcya verdi.
Bax, qardaş bu “qızıl əhmədi” alma qanazlığının dərmanı, nar isə qanı təmizləyir, xurmada olan yod insanı zob xəstəlyindən qoruyur. Yerli üzümdə olan minerallar heç bir xaricdən gətirilmiş meyvələrdə yoxdur.
Alıcı da cavabında deyir:
Bilirəm, qardaş bizim torpağın yetişdirdiyi hər nemət cana məlhəm, xəstələrə şəfadır.
Meyvələr özləri haqqında insanlardan eşitdikləri təriflərdən xoşhal oldular. Və onları gözləyən xəstənin görüşünə tələsdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.