Elməddin Behbud:
Ermənilər yenə "şou" göstərirlər
Bu şəkil - səhnəcikdəki küçənin hər iki tərəfinə düzülən və daim istifadə olunduğu aydın görünən avtomobillər, hər gün ermənilərin özlərinin paylaşdığı videolardakı şütüyən maşınlar, rus hərbi bazasının qarşısına gedib yolu kəsən avtobus və digər nəqliyyat vastələri, toy kortejləri və s. əslində Xankəndidə yanacaq problemi olmadığını və ərzaq, enerji qıtlığı şousunun Ermənistanın Azərbaycan ərazisində qurduğu oyuncaq rejimin, hərbi xuntanın ömrünü uzatmaq üçün ucuz manipulyasiya vasitəsinə çevrildiyini bir daha sübut edir.
Şəhərdə kifayət qədər maşın olduğu halda ermənilər guya heyvanlara möhtac qaldıqlarını göstərmək üçün yaşlı şəxsin qızının evinə uzunqulaq vasitəsi ilə bazarlıq edib apardığını nümayiş etdirirlər. Zərurət olmadığı halda isti havada ev heyvanına işgəncə verərək ondan çirkli təbliğat üçün istifadə edirlər. Bu, 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış "Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası"nın 9-cu maddəsinin b bəndinin (ev heyvanlarının sağlamlığı və rifahı təhlükə altına qoyulursa) pozulmasıdır.
Düşünürəm ki, Xankəndindəki son günlərini sayan hərbi xuntadakı uzunqulaqların həmcinslərinə əziyyət verməsi barədə heyvan hüquqlarının müdafiəçisi olan beynəlxalq təşkilatlara müraciət etmək lazımdır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.