Faiq İsmayılov:
Qərbi Zəngəzur abidələri haqqında bilmədiklərimiz
Qərbi Zəngəzur əraziləri Oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı bu maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində daha çoxdur. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, sujet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsada, onların bir çoxu yaşayaraq dövrümüzə qədər gəlib çıxmışdır.
Ermənilər nə xristianlıq dövrünə qədər olan abidələrin hamısını bazilika, sovmə, qəbirüstü tikili və qurğuları, inzibati binaları, xatirə abidələrini hətta yeraltı qazmaları və kahaları erməni kilsələri adlandıraraq, bu ərazilərdə ermənilərin ulu əcdadlarının yaşadıqlarını “sübut” etməyə çalışırlar.
Qərbi Zəngəzurun memarlıq abidələri sırasında, sayca çox olan Alban dövrü kilsə, monastr və digər inanc, ibadət yerləri, eləcədə xatirə abidələrinin albanlara məxsluğunu, ermənilər birmənalı şəkildə rədd edirlər. Tarixdə daha çox Qafqaz Albaniyası kimi tanınan 1000 illik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin inkar edilməsi. Əlbəttə erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni saxtakarlığı bu ərazilərdə daha çox memarlıq abidələrində özünü büruzə verir.
Ermənilər, unikal alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək abidəni tanınmaz hala salırlar. Bir çox hallarda türklərin yaşadıqları qədim inzibati yaşayış məntəqələrini dağıdaraq xarabalığa çevirirlər. Təsüf hissi ilə demək olar ki Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhərləri dağıdılmışdır. (bax; siyahı mətnə əlavə edilmişdir.
Tarixdən məlumdur ki, Qərbi Azərbaycan ərazisinin əzəli yerli sakinləri Azərbaycan türkləridir. Halbuki, ermənilər bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrdən köçürülərək məskunlaşdırılıblar. İndiki Ermənistan, eləcədə Qərbi Zəngəzur ərazilərinə ermənilər, XIX əsrin sonu XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən İrandan və Türkiyədən həmçinin Yunanıstan, Suriya, Fransa və s. ərazilərdən gətirilərək məskunlaşdırılıblar. Bu baxımdan Qərbi Azərbaycanın müxtəlif şəhərlərinə məskunlaşdırılan ermənilər dil, ləhcə və xarakter baxımından bir birləri ilə kəskin fərqlənirlər. Məsələn İrəvanda yaşayan ermənilər, Mehridə, Gorusda və Qarabağda yaşayan ermənilərin dillərini çətin anlayırlar.
Bir əsrdən çoxdur ki Qərbi Zəngəzurda ermənilər, Azərbaycanın mədəni irs nümunələrinin məhv edilməsini həyata keçirirlər. Vorotan (Bazarçay, Bərguşadçay) dərəsindəki Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərinin xarabalıqları ilə qarşılaşırsan. Ərazi döyüş meydanına oxşayır, sanki burada xeyirlə şərin mübarizəsi gedib. Baxanda vahimələnirsən sanki hər bir binanın xarabalığında bir vampir, bir vahimə yaşayır.
Bu kəndlərdə ermənilər tərəfindən 800-dən çox tarix və mədəniyyət abidələri; yaşayış evləri məscidləri. Alban dövrü bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at qoç fiqurları dağıdılaraq yararsız hala salınmışdır. Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənən bu ərazidə, yalnız Bazarşay dərəsinin sol yamacında Alban memarlığının yadigarı Tatev monastırı öz əzəmətini qoruyub saxlaya bilmişdir.
Keçən əsrin əvvəllərindən süni şəkildə Rusiya tərəfindən bölgədə məskunlaşdırılan ermənilər Cənubi Qafqazdakı Alban abidələrinin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırırlar, yəni erməniləşdirirlər. Bu da kütləvi şəkildə Alban dövrü abidələrinin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur.
Rus çarı I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmana görə Azərbaycanın qərbində İrəvan xanlığı ləğv edilərək, əvəzində rus imperatorluğu tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni vilayət yaradıldı. Vilayətin yaradılmasından məqsəd, birbaşa İran və Türkiyə sərhədlərində Rusiyaya qarşı baş verə biləcək hər hansısa hücumların qarşısını almaq məqsədi ilə itaətkar erməni millətindən ibarət cəbhə formalaşdırmaq idi.
Azərbaycan torpaqlarında Rusiyanın vilayət yaratma təşəbbüsü ermənilərin işinə yaradı. Çünki heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayan bir millət üçün bu, tarixi bir fürsət idi. Dünyanın bir çox ölkələrindən bu ərazilərə köçürülən ermənilər bu hadisəni sevinclə qarşıladılar. Qısa zaman ərzində ermənilər nəinki Qərbi Azərbaycan ərazilərində, eyni zamanda Qarabağ, Gəncə, Şamaxı və Quba bölgələrində də sürətlə məskunlaşmağa başladılar. Bu tarixi fürsətdən məharətlə yararlanan ermənilər Rusiyanın təhriki ilə Azərbaycan ərazilərinə yerləşdirildikdən sonra yerli xalqların tarixini və mədəniyyətini də mənimsəməyə başladılar.
Tarixdən məlumdur ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağda daxil olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmuşdur (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf etmişdi.
Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində o cümlədən Zəngəzurda və Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlamışdı. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi.
Hələ orta əsrlərdən başlayaraq bu tarixi həqiqətləri inkar edən ermənilər, alban xristian abidələrinin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələrin ermənilərə məxsus olduğu barədə təbliğat aparırlar.
Cənubi Qafqazda mədəni dəyərlərin erməniləşdirilməsində Rusiyanın dəstəyinin mühüm rolu olub. Belə ki, 1836-cı ildə Azərbaycanda fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunaraq və onun mülklərinin erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi barədə rus çarı I Nikolay xüsusi olaraq fərman da imzaladı.
XVIII əsrin sonlarından başlayaraq Alban dövlətinin qərb əraziləri daha dəqiq desək, Zəngəzur və Qarabağ regionlarında və bütünlüklə Qərbi Azərbaycanda, ermənilərin davam edən sıx məskunlaşmaları nəticəsində, Alban dövlətçiliyi müstəqilliyini itirdi və həmin yerlərin xristian əhalisinin Qriqoryanlaşdırılması, yəni erməniləşdirilməsı prosesi başladı.
Bu hadisə ermənilər tərəfindən Alban kilsələrindəki əlyazmaların bəzilərinin erməni dilinə tərcümə edilməsinə və kilsədə saxlanan bütün sənədlərin orginallarının yandırılmasına səbəb oldu. Alban dıvrü kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin eləcədə kilsə və monastrların bütünlüklə xarici görkəmləri dəyişdirildi.
Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində alban-türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələri olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.
Təsadüfi deyildir ki, əsrlərlə dinc yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ orta əsrlərdən Azərbaycanda multikulturalizmin ənənələrinin mövcudluğundan xəbər verir.
Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur.
Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, görkəmli Qafqazşünas tarixçi alim Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Lakin Şərq memarlığına məxsus tikintilər sırasında Alban memarlığı özünəməxsusluğu ilə digərlərindən kəskin şəkildə fərqlənirdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bu kilsələr, uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə yonulmamış daşlarla örtülürdü.
Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da inkişaf edirdi və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.
Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Ermənilərin Cənubi Qafqazda Alban mədəniyyətini erməniləşdirməklə özlərinə erməni tarixi və mədəniyyəti yaratmaq cəhdləri faktlar qarşısında çox gülünc görünür.
Alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovmələrdir. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində momerial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur. Sovmələrin divarları bir qayda olaraq zəif naxışlara malik nişan daşları ilə bəzədilir. Karvan yolları üzərində sovmələrin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşama düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər yalnız ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi.
Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu.
Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim etmələri ziddiyyət doğurur.
Cənubi Qafqazda tarixi kökə və mədəniyyətə malik olmayan ermənilər süni şəkildə belə iyrənc yollarla özlərinə tarix yaradıb dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əzəli və əbədi sakinləridirlər. Məhz bu səbəbdən də ermənilər məqsədli şəkildə işğal altında saxladıqları ərazilərdə Alban abidələrini mənimsəyərək, Alban memarlığının milli mənsubiyyətini dəyişdirirlər. Bu da öz növbəsində tarixin saxtalaşdırılmasına gətirib çıxarır.
Bu barədə gürcü tarixçisi A.Cavcavadze “Ermənilər və qan ağlayan daşlar” əsərində dolğun şəkildə əks etdirmişdi. O yazırdı: “... Ermənilər aborigen albanları süni şəkildə Qriqoryanlaşdıraraq vaxtı ilə sığındıqları Azərbaycan torpaqlarını “Hay ölkəsi” adlandırırlar. Cənubi Qafqazda erməni dövlətinin olmamasını inkar edənlər sırasında nə qədər qəribə də olsa, ermənilər də var”.
Ermənilər Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra müsəlman dini abidələri, inanc yerləri, qəbirlər, ziyarətgahlar, məscidlər birmənalı şəkildə məhv edilməyə başlanılıb. Zəngəzurda tarixən mövcud olan və günümüzədək mövcudluğunu qoruyub saxlayan tarixi-memarlıq abidələrinin əksəriyyəti dini inanclarla və qəbirüstü abidələrlə bağlıdır. Qədim Zəngəzurun əhalisi təkallahlılığı qəbul edənədək müxtəlif dinlərə - bütpərəstliyə, atəşpərəstliyə və zərdüştiliyə etiqad edirdilər.
Zərdüştlik ilk tanrıçılıq dini kimi meydana çıxsa da, Zəngəzurda kütləvi yayılmamışdı. Xristianlığın və islamın yayılmasına qədər, bu yerlərdə atəşpərəstlik geniş yayılmışdı. Atəşpərəstliklə bağlı dini etiqadlar zəngəzurluların adət-ənənələrində bu gün də bariz şəkildə özünü büruzə verir.
Zəngəzur, hal-hazırda car Rusiyası və bolşeviklərin siyasəti nəticəsində Ermənistan ərazisində yerləşir. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycan kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi. Zəngəzur Allahın məhəbbətlə nəqş etdiyi nəhəng təbiət möcüzəsi idi. Bu mahal əsasən bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeri olub. Zəngəzurdakı türk mənşəli toponimik adlar da bu fikri təsdiqləyir.
1905-1907 və 1914-1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon azərbaycanlı həlak olmuşdur. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.
Zəngəzurun ən böyük və səfalı təbiətə məxsus rayonlarından biri Qarakilsədir. Bu bölgədə 1918-ci ilə kimi 76 kənd olub. Onun 61-də türk tayfaları, 15-də albanlar yaşayıb. Əsasən sovet hakimiyyətinin bərqərar olmasından sonra Qarakilsəyə xarici ölkələrdən erməni axını başladı. Rayon mərkəzindən 15 kilometr aralıda - Salvartı dağının ətəyində yerləşən Comərdli Qarakilsənin ən böyük türk kəndlərindən biri idi.
Məlumdur ki, Zəngəzur vaxtilə Gəncə quberniyasının qəzası olub. 1920-ci ildən sonra Zəngəzurun Qafan, Gorus, Qarakilsə və Mehri bölgələri Sovet rəhbərliyi tərəfindən yenicə yaradılmış Ermənistan dövlətinin tərkibinə verilib. Zəngəzurun hansı səbəbdən ermənilərə bağışlanması hələ də dəqiqliklə açılmayıb.
1915ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 389 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası -1904cü ildə 201, 1911-ci ildə 342, -1915ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir.
Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib.
Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 , Sürməli uyezdində 47 , Şərur-Dərələyəz uyezdində 63, Novobayəzed uyezdində 14, İrəvan uyezdində 54 prixod məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər prixodun mollası qubernator tərəfindən təyin olunub.
İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
1988-ci ildə kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular.
Qərbi Zəngəzurun etnik təmizləməyə məruz qalan Gorus, Qafan, Mehri, Qarakilsə (Sisian) rayonlarının tarixi əhəmiyyətli yaşayış evləri, inzibati yaşayış məntəqələri, qəbristanlıqlar, qəbüstü abidələr, məscidlər, türbələr tamamilə məhv edildi, Alban dövrü kilsə və monastrlar isə formaları dəyişdirilərək yararsız hala salındılar. Bu ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri Mədəniyyətin soyqrımı faktı idi.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına tarix institunun əməkdaşı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.