Cəlil Cavanşir:
Çox murdar oyunlar gedir...
Kuryerlərin ilk aksiyasından sonra "Wolt"u telefonumdan silmişdim. Bu gün "Wolt" bağlandı. Yüzlərlə insan işsiz qaldı. Böyük ehtimalla heç kəsə kompensasiya verilməyəcək. Gedişat onu göstərir ki, çox murdar oyunlar gedir.
Səbəb göründüyü, müzakirə edildiyi qədər sadə deyil. "Wolt" kuryerləri təşkilatlanırdı, kapitalizmin ən çox çəkindiyi müstəqil həmkarlar təşkilatı formalaşırdı. Bu şirkət üçün ciddi başağrısı olacaqdı. Azərbaycanda işçilərin, fəhlələrin təşkilatlanmağı şirkətləri də, oliqarxları da, monopolistləri də, hökuməti də qorxudur. Son günlər baş tutan həbslər də, təqiblər də bunu göstərir. Hakimiyyət kimi istəsə zəif yerindən vura, qorxuda, təzyiq altında saxlaya bilir.
Ölkədə bütün sahələr üzrə Müstəqil həmkarlar təşkilatları olmalıdır. Məsələn, yaradıcı insanların hüququnu müdafiə edəcək heç bir qurum yoxdur. Yazıçı, şair, ssenarist, rəssam, bəstəkar, rejissor, tərcüməçi, tənqidçi, redaktor, hətta jurnalistlərin belə Müstəqil Həmkarlar təşkilatları yaradılmalıdır.
Basqı olmasa, haqqımız tapdanmağa davam edəcək. Hüquqları müdafiə etmək üçün təşkilatlanmaq, birgə mübarizə aparmaq lazımdır. Hələki əli işdə, bir ümid yeri, işi olan yaradıcı adamlar buna xor baxır. Ancaq bir gün hamı mənimlə həmfikir olacaq.
Gec tez ölkəmin zəhmətkeşləri birləşməlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.