Osloda S.Abbaszadənin "Qarabağı gözəl gördüm"adlı sərgisi nümayiş olunub
5- 13 avqust tarixlərində Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyində - (The International Museum Of Children's Art's) Norveç Azərbaycan Gənclər Təşkilatı(NAYO), Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə vətənpərvər və istedadlı 14 yaşlı şagirdimiz Səlim Abbaszadənin"Qarabağı gözəl gördüm"adlı ilk sərgisi keçirilib. Sərgidə məktəbin şagirdləri, müəllimləri, Norveçdəki Azərbaycan icmasının üzvləri və muzey ziyarətçiləri iştirak ediblər. S.Abbaszadənin sərgisində əsasən Azərbaycanının işğaldan azad olunmuş ərziləri ilə bağlı rəsmləri nümayiş olunub. Sərgidə nümayiş olunan rəsmlər arasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən “Gövhər Ağa məscidi”, “Şahbulaq qalası”, gözəllik və zəriflik simvolu olan “Xarıbülbül” çiçəyi və “Tıq-tıq xanım” rəsmi sərgi iştirakçıları tərəfindən çox böyük maraqla qarşılanıb.
Sərgidə iştirak edən S.Abbaszadə sərgi iştirakçılarına Azərbaycan və Qarabağın tarixi və çəkdiyi hər bir rəsm haqqında norveç və ingilis dillərində məlumat verib.
Sözügedən muzeyin direktoru Angela Goldin S.Abbaszadənin rənglərin, fırçanın və istedadının köməyi ilə çəkdiyi təbiət rəsmlərində təsvirlərin gözəl ,ecazkar və maraqlı olduğunu qeyd edib və bildirib ki, gənc rəssamın rəsmləri "soyuq şimal"a günəş,istilik ,sülh,gözəl və birlik bəxş edib.
Rəhbəri olduğu muzeyin əsas üç funksiyası olduğunu deyən A.Goldin bildirib ki, əsas məqsədləri dünya hər yerindən olan uşaqların rəsmlərini toplamaq,qorumaq və gənc istedadların rənglər dünyasını gələcək nəsillərə ötürməkdir. A.Goldin muzeyin ideyalarından irəli gələrək belə istedadlı və yenilikçi gənclərlə tanış olmaqdan çox məmnun olduğunu bildirib ,gələcəkdə də S.Abbaszadə və məktəbin digər istedalı şagirdləri ilə də əməkdaşlıq edəcəyini vurğulayıb.
Sərginin sonunda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdi Aida Ramberq Sözləri Baba Vəziroğluna və musiqisi Cavinşir Quliyevə məxsus “ Qarabağı gözəl gördüm” mahnısını ifa edib.
S.Abbaszadə “Xarıbülbül” və “Tıq-tıq xanım” rəsmlərini muzeyə hədiyyə edib. Artıq muzeydə 185 ölkədən olan uşaqların müxtəlif mövzularda nümayiş olunan rəsmləri arasında şagirdimiz S.Abbaszadənin də rəsmləri yer alacaqdır.
Qeyd edək ki,S.Abbaszadə sözügedən muzeydə sərgisi nümayiş etdirilən ilk azərbaycanlı gənc rəsaamdır.
Qeyd edək ki, muzeyin direktoru A.Goldin bildirib ki, 1996-cı ildə Norveçə rəsmi səfəri çərçivəsində görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Beynəlxalq Uşaq İncəsənəti Muzeyini ziyarət edib və milli geyimli Azərbaycan gəlinciklərini (kuklalarını) muzeyə hədiyyə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.