Cəlil Cavanşir:
"Bahar mehi" ədəbiyyatımız üçün dəyərli töhfədir
İlkin Rüstəmzadənin yaradıcılığını ilk kitabından izləyirəm. "Qaranlığın hekayəsi" - həbsxana xatirələri olduqca əla əsər idi. Düşünürəm ki, layiq olduğu qiyməti aldı. "Quberniya" məncə bir qədər zəif kitab idi. Bəlkədə ona görə diqqət çəkmədi. İlkinin bu əsərdə ədəbi fantaziyası, duyumu tam realizə olunmamışdı. Hər halda siyasətdən ədəbiyyata atılmaq da böyük cəsarət tələb edir. İlkin bundan çəkinməyib. "Yoldaş" - mərhum yoldaşımız Bayrama həsr olunub. Oxuduqca kövrəldiyim, ağladığım bir kitab oldu.
"Bahar mehi" artıq İlkinin yazıçı kimi iddiasını ortaya qoyduğu kitabdır. İlkinin ədəbi fantaziyası, yazıçı yanaşması "Quberniya" ilə müqayisədə olduqca püxtələşib. Ancaq yenə müəyyən məqamlar var ki, İlkinlə görüşəndə müzakirə edəcəm. Bütövlükdə isə, "Bahar mehi"ni bəyəndim, sevdim, ədəbiyyatımız üçün dəyərli töhfədir.
Mən Güneydən, xüsusilə İranda baş verən inqilablardan bəhs edən əsərləri xüsusi olaraq sevirəm. İlkinin bu əsəri də məhz İranda ötən əsrin ikinci yarısında baş verən hadisələrə işıq tutur.
Belə gözəl əsərə görə İlkinə ürəkdən təşəkkür edirəm. İnanıram ki, o kitabdan kitaba püxtələşərək ölkə sərhədlərini aşan bir yazıçı kimi bizi sevindirəcək.
İlkinin əzmi, iradəsi, ardıcıllığı imkan verir ki, o yazıçı kimi böyük uğurlar qazansın.
Mən cəmi 3 saata Bakı-Qəbələ sürət qatarında bu maraqlı romanı bitirdim. Ürəklə tövsiyə edirəm, alın, oxuyun zövq alın.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.